“Space” televiziyası fəaliyyətini davam etdirir və efir plan üzrə sabit şəkildə həyata keçirilir”.
Çağdaş.Az xəbər verir ki, bunu “Apa.az”a açıqlamasında “Space” televiziyasının icraçı direktoru Nəriman Əbdüləliyev deyib.
O bildirib ki, hazırda kanal daxilində struktur və idarəetmə ilə bağlı optimallaşdırma prosesi aparılır:
“Bu addımlar fəaliyyətin daha effektiv və dayanıqlı modelə keçidini təmin etmək məqsədi daşıyır. Maliyyə məsələləri üzrə sistemli iş aparılır və mövcud öhdəliklərin mərhələli şəkildə tənzimlənməsi nəzərdə tutulur. Kadr dəyişiklikləri daxili idarəetmə qərarları çərçivəsində həyata keçirilir və bu kimi məsələlərlə bağlı əlavə şərh verməyi məqsədəuyğun hesab etmirik”.
Nəriman Əbdüləliyev qeyd edib ki, mediada yayılan bəzi məlumatlar ümumi vəziyyəti tam əks etdirmir:
“Kanalın fəaliyyəti nəzarət altındadır və bütün proseslər plan üzrə idarə olunur”.
Qeyd edək ki, bir neçə gün öncə Vado Korovin “Space” televiziyasının direktoru vəzifəsindən uzaqlaşdırılıb.
















