• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.6° Weather Columbus
$
1.7
€
2.003
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Marketə girəndə diqqətli olun! Sizi aldada bilərlər

17 Aprel, 26 / 15:17
A A

Supermarketlərdə “Rəqəm oyunu”: 100 qramlıq qiymətlərlə alıcılar necə tələyə salınır?

Son zamanlar paytaxtın və bölgələrin iri ticarət şəbəkələrində alıcıları çaşdıran yeni bir tendensiya geniş vüsət alıb. Artıq bir çox məhsulların, xüsusilə çəki ilə satılan malların qiymət etiketlərində 1 kiloqramın deyil, 100 qramın qiyməti qeyd olunur. Bu üsul psixoloji olaraq məhsulun daha ucuz olduğu təəssüratını yaratsa da, əslində istehlakçıların cibinə zərbə vuran gizli bir marketinq gedişidir.

Çağdaş.Az xəbər verir ki,mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Oxu24.com-a açıqlamasında qanunvericilikdəki boşluqlardan və marketlərin müraciət etdiyi metodlardan bəhs edib.

Eyyub Hüseynov bildirir ki, marketoloqlar və satış şəbəkələri istehlakçıları manipulyasiya etmək üçün minlərlə üsula malikdirlər. Bunun ən böyük səbəbi isə qanunvericilikdəki müəyyən çatışmazlıqlardır:

“Təəssüf ki, bizim qanunvericilikdə qiymət kağızında məhsulun hansı vahidlə (kq və ya qram) göstərilməli olduğuna dair sərt tələb yoxdur. Bu boşluqdan istifadə edən sahibkarlar qiyməti kiçik rəqəmlərlə göstərib, alıcını psixoloji olaraq həmin malı almağa sövq edirlər”.

Ekspertin sözlərinə görə, aldadılma təkcə rəqəmlərlə bitmir. Çox vaxt istehlakçı vizual olaraq 1 kiloqram hesab etdiyi qablaşdırılmış məhsulu alır, lakin evdə məlum olur ki, tərkibində cəmi 800 qram məhsul var. Beləliklə, vətəndaş fərqində olmadan hər paketdə 200 qram itirmiş olur.

Nazirlər Kabinetinin 94 saylı qərarına diqqət çəkən AİB sədri qeyd edib ki, bazarda satılan hər bir mal, o cümlədən konfetlər qablaşdırılmalı və üzərində aşağıdakı məlumatlar mütləq əks olunmalıdır:

* İstehsal tarixi və son yararlılıq müddəti

* Məhsulun dəqiq çəkisi (miqdarı).

Lakin real mənzərə fərqlidir. Açıq satılan konfetlərin üzərindəki qiymətlər çox vaxt alıcını cəlb etmək üçün “parçalanmış” şəkildə təqdim olunur ki, bu da istehlakçı hüquqlarının birbaşa pozulmasıdır.

Bu növ aldatma üsulları təkcə Azərbaycana xas deyil.

Eyyub Hüseynov vurğulayır ki, Avropa ölkələrində, xüsusən İspaniya və İtaliyada daha irəli gedirlər. Məsələn, qiyməti “5.99” yazıb, 99 rəqəmini o qədər kiçik edirlər ki, alıcı uzaqdan onu 5.00 kimi qəbul edir.

Çıxış Yolu Nədir?

Ölkədə istehlakçı siyasətinin arxa planda qaldığını deyən ekspert, hazırkı vəziyyətdə yeganə xilası alıcıların diqqətli olmasında görür:

“İstehlakçıları daha diqqətli olmağa çağırmaqdan başqa əlacımız yoxdur. Hər bir vətəndaş etiketi diqqətlə oxumalı, 100 qram və 1 kiloqram fərqinə varmalıdır. Unutmayın, ucuz görünən hər rəqəm əslində cibinizdən daha çox pul çıxmasına xidmət edə bilər”.

Alış-veriş edərkən yalnız böyük rəqəmlərə deyil, onların yanındakı kiçik qeydlərə (qramajlara) də mütləq baxın!

Bənzər Xəbərlər

İqtisadiyyat

Bakı və 6 rayonun sakinlərinə xoş xəbər – Qiymət açıqlandı, vaxt qısaldı

Aprel 17, 2026
İqtisadiyyat

Qızıl və gümüş bahalaşdı

Aprel 17, 2026
İqtisadiyyat

Bazarda rekord AZALMA – Neft sürətlə ucuzlaşır

Aprel 17, 2026
İqtisadiyyat

Bu valyutalar ucuzlaşdı

Aprel 17, 2026
İqtisadiyyat

Mənzil bazarında bahalaşma səngiyir - Durğunluq ola bilər

Aprel 16, 2026
İqtisadiyyat

Baş nazirdən “Sea Breeze Resort”la bağlı qərar

Aprel 15, 2026

XƏBƏR LENTİ

İlham Əliyev Antalyada Pakistanın Baş naziri ilə görüşüb

17 Aprel, 26 / 19:33

Azərbaycanın ən çox əhalisi olan 10 rayonu – SİYAHI

17 Aprel, 26 / 19:22

Ali təhsillə bağlı qərar – Yeni ixtisas yaradıldı

17 Aprel, 26 / 19:06

Binəqədidə DƏHŞƏTLİ HADİSƏ – ÖLƏNLƏR VAR

17 Aprel, 26 / 18:48

Hərbi xidmətlə bağlı Sərəncam imzalandı

17 Aprel, 26 / 18:34

Ordubadda şəhid Ceyhun Hüseynovun xatirəsi yad edildi – FOTO/VİDEO

17 Aprel, 26 / 18:24

“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT

17 Aprel, 26 / 18:20

Azərbaycanın bu bölgəsində sürücülər yanacaq tapmır: Nə baş verir? – VİDEO

17 Aprel, 26 / 18:18

Günəşli sahillər və qədim irs: Antalyanın tarixi panoraması - FOTOLAR

17 Aprel, 26 / 18:15

10 günlük atəşkəs qüvvəyə mindi – Livanlı ailələr evlərinə qayıdır

17 Aprel, 26 / 18:06
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.