Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

Montella Türkiyə millisindən çıxarıldı

İdman

Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın baş məşqçisi Vinçenzo Montella ilə yolların ayrıldığını elan edib.

Cagdas.az  xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, bu gün TFF İdarə Heyətinin növbədənkənar iclası keçirilib və 5 rəhbər şəxsin istefa verdiyi toplantıda italyan mütəxəssis Montella ilə əməkdaşlığa xitam verilməsi qərara alınıb.

“Türkiyə Futbol Federasiyası İdarə Heyəti bugünkü iclasında növbəti seçkili baş assambleya tarixinə qədər vəzifəsini davam etdirmək qərarına gəlib. İstefa edən iki idarə heyəti üzvünün yerinə İbrahim Özbay və Metin Akyüz təyin olunub. A Milli Komandanın baş məşqçisi cənab Vinçenzo Montella ilə yola davam etməmək qərarı verilib. Həmçinin, istefa verən Baş katib Abdulla Ayazın yerinə Əhməd Ərzurumlu təyin olunub”, – deyə TFF-nin rəsmi internet saytından verilən bəyanatda qeyd olunub.

Xatırladaq ki, FIFA 2026 Dünya Çempionatından kənarda qaldıqdan sonra Türkiyə millisi UEFA Millətlər Liqasında oynadığı 4 matçın hamısında da məğlub olmuşdu.\modern.az\