“Heç kim düşmənin cinayət və sui-qəsdlərindən xəbərsiz olduğunu iddia edə və ya özünü bilməzliyə vura bilməz”.
Çağdaş.Az xəbər verir ki, bunu İran İslam Respublikası Ali Məhkəməsinin rəhbəri – Baş hakim Möhsəni Ejei deyib.
O, hazırda vəziyyətin tam aydın olduğunu vurğulayıb.
“Məhkum edilmiş şəxslərin əmlakının müsadirəsi zamanı heç bir güzəştə yol verilməməli, bu proses dəqiqlik və sürətlə həyata keçirilməlidir”, – deyə baş hakim əlavə edib.
Qeyd edək ki, son günlərdə İranda hökumətə qarşı olan onlarla şəxsin əmlakı müsadirə olunub./Globalinfo.az
















