• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.4° Weather Columbus
$
1.7
€
1.9935
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Xaricdən məhsul gətirənlər xəbəri diqqətlə OXUSUN

27 Aprel, 26 / 10:00
A A

2026-cı ilin iyun ayının 1-dən etibarən elektron ticarət bəyannamələrinin təqdim edilmə qaydası dəyişir. Sözügedən tarixdən vətəndaşlar xaricdən alınan bağlamaları bəyan edərkən, identifikasiya nömrəsi (FİN kod və parol) ilə sistemə daxil olmaq kifayət etməyəcək və xidmət yalnız elektron imza vasitəsilə əlçatan olacaq.

Bununla bağlı Dövlət Gömrük Komitəsi vətəndaşlara xəbərdarlıq göndərib. Bildirilir ki, xidmətdən istifadə etmək üçün vətəndaşlar Asan İmza, SİMA və ya MYGOV/QR vasitəsilə sistemə daxil olmalıdırlar.

Hazırda xaricdən bağlamalar sifariş etdikdə vətəndaşlar e.customs.gov.az saytına və ya “Smart Customs” mobil tətbiqinə FİN kodu və parol ilə daxil olur, bağlamaya aid məlumatları doldurur və bəyannaməni təsdiqləyirlər. Mətbuatda “Bu il iyunun 1-dən etibarən identifikasiya nömrəsi ilə elektron ticarət bəyannamələri yazmaq mümkün olmayacaq” başlıqlı xəbərlər bəzi vətəndaşlar arasında çaşqınlıq yaradıb, bundan sonra xaricdən mal sifariş etməyin çətin olacağından narahatdırlar. Üstəlik, son zamanlar xaricdən sifariş edilən məhsulların gömrükdə saxlanılması ilə bağlı xəbərlərin fonunda bu qayda elektron ticarət həvəskarlarını təşvişə salıb.

Maraqlıdır, bu yeniliyin tətbiq edilməsi zərurəti haradan qaynaqlanır?

Çağdaş.Az mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:
“SİMA-nın tətbiqi xüsusi texniki bilik tələb etmir”

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən “Kaspi” qəzetinə bildirilib ki, bu dəyişikliklər çərçivəsində vətəndaşların elektron xidmətlərdən daha təhlükəsiz və rahat istifadə etməsi məqsədilə yeni identifikasiya vasitələrinə keçid həyata keçirilir: “Bu baxımdan, vətəndaşlarımızı məlumatlandırmaq, maarifləndirmək və prosesə hazırlamaq məqsədilə bildiririk ki, 1 iyun 2026-cı il tarixinədək hər bir istifadəçi SİMA rəqəmsal imzanı smart mobil cihazına yükləməli və ondan istifadə qaydaları ilə tanış olmalıdır. Qeyd etmək istərdik ki, SİMA gündəlik istifadə üçün nəzərdə tutulmuş, sadə və təhlükəsiz identifikasiya vasitəsidir. Onun tətbiqi xüsusi texniki bilik tələb etmir. Bir daha vətəndaşlarımızı Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən bu zəruri və mütərəqqi dəyişikliyə anlayışla yanaşmağa və vaxtında hazırlıq görməyə çağırırıq”.

“Bağlamaların bəyan edilməsində səhv və saxtalaşdırmanın qarşısı alınır”

Dövlət Gömrük Komitəsinin açıqlamasına görə, dəyişiklik xidmətin təhlükəsizliyini artırmaq, əməliyyatların düzgün və sürətli həyata keçirilməsini təmin etmək və vətəndaşların elektron imza vasitəsilə daha etibarlı giriş imkanına malik olmalarını təmin etmək məqsədi daşıyır. Başqa sözlə, məqsəd həm xidmətin rəqəmsal təhlükəsizliyini gücləndirmək, həm də bağlamaların bəyan edilməsində səhv və saxtalaşdırmanın qarşısını almaqdır.
“FİN və parol modeli kibertəhlükəsizlik tələblərinə tam cavab vermir”

İKT üzrə ekspert Asim Namazov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, elektron ticarət bəyannamələrinin FİN və parol vasitəsilə deyil, yalnız gücləndirilmiş elektron identifikasiya üsulları – Asan imza, SİMA və MYGOV/QR üzərindən həyata keçirilməsi dövlətin rəqəmsal təhlükəsizlik və etibarlılıq siyasətinin məntiqi davamıdır: “Bu dəyişiklik ilk növbədə istifadəçi identifikasiyasının daha güclü və etibarlı mexanizmlərlə təmin olunmasına, eyni zamanda elektron ticarət əməliyyatlarında saxtakarlıq, üçüncü şəxslərin müdaxiləsi və məlumat sızması risklərinin azaldılmasına xidmət edir. FİN və parol modeli artıq müasir kibertəhlükəsizlik tələblərinə tam cavab vermir və bir çox ölkələr bu üsuldan mərhələli şəkildə imtina ediblər”.

“İmza sahibinin məsuliyyəti dəqiq müəyyən edilir”

Mütəxəssis bildirir ki, digər mühüm məqam ondan ibarətdir ki, Asan imza və SİMA kimi həllər hüquqi baxımdan imza sahibinin məsuliyyətini dəqiq müəyyən edir: “Bu isə gömrük bəyannamələrinin hüquqi qüvvəsini gücləndirir və mübahisəli halların sayını azaldır. Xüsusilə elektron ticarətin sürətlə artdığı bir dövrdə bu, sistemin dayanıqlılığı üçün vacib amildir. Bununla yanaşı, keçid dövründə vətəndaşların və kiçik sahibkarların məlumatlandırılması və adaptasiyası xüsusi diqqət tələb edir. Texnologiya baxımından hazır olmayan istifadəçilər üçün bu dəyişiklik ilkin mərhələdə çətinlik yarada bilər. Odur ki, Dövlət Gömrük Komitəsinin indidən xəbərdarlıq etməsi və elektron imza əldə olunmasını tövsiyə etməsi düzgün və vaxtında atılmış addımdır”.

Vətəndaşlar gömrükdə gecikmələrin qarşısını almaq üçün…

A.Namazovun sözlərinə görə, bu addım gömrük xidmətlərinin daha təhlükəsiz, şəffaf və beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaq. Vətəndaşlar isə gecikmələrin və texniki problemlərin qarşısını almaq üçün 2026-cı il iyunun 1-dən əvvəl müvafiq elektron imza vasitələrini əldə etməlidirlər.
Sosial şəbəkə hesablarında iddia olunur ki, dəyişikliklərin əsas səbəblərindən biri bəzi sahibkarların yaşlı insanların və ya qohumlarının FİN kodunu və şifrəsini əldə edərək onların adından külli miqdarda sifarişlər verməsidir. Bu hallarda məhsullar faktiki olaraq kommersiya məqsədilə alınsa da, fiziki şəxslərin adına rəsmiləşdirildiyi üçün müəyyən güzəştlərdən sui-istifadə edilir. Bu isə həm sistemdə şəffaflıq problemləri yaradır, həm də fərdi idxal limitlərinin aşılmasına səbəb olur. Yəni, iyundan etibarən, hər bir şəxs yalnız öz adına olan məhsulu bəyan edəcək.

Vətəndaşlara tövsiyə olunur ki, iyun ayına qədər Asan İmza və ya SİMA elektron imzasını əldə etsinlər ki, malların bəyan edilməsində hər hansı çətinlik yaranmasın. Bu, xüsusilə xaricdən tez-tez sifariş verən şəxslər üçün vacibdir.

Bənzər Xəbərlər

İqtisadiyyat

Dövlət borcunun həcmi AÇIQLANDI

Aprel 22, 2026
İqtisadiyyat

Hesablama Palatası Mədəniyyət Nazirliyində nöqsanlar aşkarladı

Aprel 22, 2026
İqtisadiyyat

Pensiyalar bu qədər ARTIRILDI – RƏSMİ

Aprel 22, 2026
İqtisadiyyat

Təqaüd alanlara VACİB XƏBƏR: Bu halda pensiya kapitalını birdəfəlik ala biləcəksiniz

Aprel 22, 2026
İqtisadiyyat

Milli Məclis TƏSDİQLƏDİ: 550 manat OLDU

Aprel 22, 2026
İqtisadiyyat

Milli Məclis mühüm qərarlar qəbul edib

Aprel 22, 2026

XƏBƏR LENTİ

Bu cəzaçəkmə müəssisəsinin rəisi İŞDƏN ÇIXARILDI – FOTO

27 Aprel, 26 / 20:23

Nizami Kino Mərkəzinin direktoru işdən ÇIXDI

27 Aprel, 26 / 20:05

Bakı metrosundan memarın həyəcanlı sözlərinə RƏSMİ REAKSİYA

27 Aprel, 26 / 19:52

Bu yolda bütün zolaqlar üzrə sürət həddi ENDİRİLDİ

27 Aprel, 26 / 19:33

Plastik qablardan istifadə edənlərə bəd xəbər — Alimlər təsdiqlədi

27 Aprel, 26 / 19:16

“WhatsApp” bu smartfonlarda İŞLƏMƏYƏCƏK

27 Aprel, 26 / 18:55

İlham Əliyev: Bu gün Çexiya ilə ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur

27 Aprel, 26 / 18:37

İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər – YENİLƏNİB

27 Aprel, 26 / 18:23

Maaşlarla bağlı mühüm XƏBƏR

27 Aprel, 26 / 18:04

70 kq qızılla tutulmuşdu, cəzası BƏLLİ OLDU

27 Aprel, 26 / 17:49
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.