Son dəqiqə
Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO Ronaldinyo futbola qayıtmasının səbəbini açıqladı Əhməd Şaraa xanımı ilə Antalyada Almaniya kanslerinin çıxışı tənqid olundu: “O, nəyi gizlədir?”

İlham Əliyev: Bu gün Çexiya ilə ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur

Cəmiyyət

Azərbaycan Prezidenti İlham Əliyev Çexiya ilə bu gün də ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını və 800 milyon dollardan çox olduğunu deyib.

Cagdas.az  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə Qəbələdə mətbuata bəyanatında bildirib.

“Əgər ticarət dövriyyəsinin strukturuna baxsaq, görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq. Ümid edirəm ki, biz buna nail olacağıq. Çünki bu gün həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir”, – Prezident qeyd edib.

Dövlət başçısı əlavə edib ki, bu gün bir çox digər sahələr ətrafında fikir mübadiləsi aparılıb:

“Hökumətlərarası Komissiyanın tezliklə tədbir keçirməsi, yenidən görüşməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Yəni bu gün bir daha Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır”.