“Mən təcavüzkar deyiləm, heç kimə qarşı zorakılıq etməmişəm”.
Çağdaş.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp aprelin 26-da “CBS News” telekanalına verdiyi müsahibədə ona atəş açan cinayətkarın ittihamlarına münasibət bildirərkən deyib.
Müsahibəni aparan jurnalistə müraciət edən prezident onun xəstə bir insanın yazdığı cəfəngiyyatı oxumasından narazılığını ifadə edib.
“Bunu oxuduğunuz üçün utanmalısınız, çünki bu ifadələrin heç biri mənə aid deyil”, – deyə o vurğulayıb.
Ağ Ev lideri telekanala açıqlamasında həmçinin təhlükəsizlik xidmətinin əməkdaşlarının çevikliyindən də danışıb. D.Tramp bildirib ki, onlar atışma öz vəzifələrini uğurla yerinə yetiriblər və hücum edəni qısa zamanda zərərsizləşdiriblər.
“Onlar çox yaxşı iş gördülər, həqiqətən əla çalışdılar. Onu kifayət qədər asanlıqla tutdular”, – deyə o qeyd edib.
Bununla yanaşı, ABŞ lideri vəziyyəti şəxsən qiymətləndirmək üçün təxliyə prosesi zamanı mühafizəçilərin işini bir qədər yubatdığını etiraf edib:
“Mən möhtəşəm insanlarla əhatə olunmuşdum və yəqin ki, onları bir az ləngitdim. Mən onlara “Bir dəqiqə gözləyin, imkan verin baxım, bir dəqiqə gözləyin” deyirdim”.
















