Numerologiyada doğum tarixinin insanın xarakterinə və maliyyə davranışına təsir etdiyi iddia olunur.
Cagdas.az xəbər verir ki, bəzi tarixlərdə dünyaya gələn şəxslər pula daha rahat yanaşır, alış-veriş etməyi sevir və qazandıqlarını xərcləməkdən çəkinmirlər.
Numeroloqlar xüsusilə ayın 3-ü, 5-i, 9-u, 14-ü və 23-də doğulan insanların daha səxavətli və xərcləməyə meyilli olduqlarını bildirirlər. Onların fikrincə, bu şəxslər həyatdan zövq almağı sevir, özlərinə və yaxınlarına pul xərcləməkdən çəkinmirlər.
Numerologiyada “5” rəqəmi azadlıq, dəyişiklik və macəra ilə əlaqələndirilir. Bu səbəbdən 5 və 14 tarixində doğulanların tez-tez spontan alış-veriş etdiyi, yeni təcrübələrə pul xərclədiyi iddia olunur. Ayın 3-ü və 23-də doğulan şəxslərin isə sosial həyatı sevdikləri, əyləncə və səyahətə daha çox vəsait ayırdıqları qeyd edilir.
Numeroloqlara görə, ayın 9-da doğulan insanlar isə emosional və səxavətli olduqları üçün bəzən büdcələrini düşünmədən hərəkət edə bilirlər. Onlar yaxınlarını sevindirmək və komfortlu həyat yaşamaq üçün pul xərcləməyi vacib hesab edirlər.
Bəzi mütəxəssislər isə bu xüsusiyyətlərin “israfçılıq” kimi qiymətləndirilməsinin düzgün olmadığını düşünürlər. Onların fikrincə, həmin şəxslər sadəcə həyatdan zövq almağa və qazandıqları pulu öz istəkləri üçün istifadə etməyə üstünlük verirlər.(sfera.az)
















