Son dəqiqə
Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO Ronaldinyo futbola qayıtmasının səbəbini açıqladı Əhməd Şaraa xanımı ilə Antalyada Almaniya kanslerinin çıxışı tənqid olundu: “O, nəyi gizlədir?”

Əli Əsədov sərəncam imzaladı

Cəmiyyət

“Bakı Metropoliteni” QSC-nin yenidən təşkili ilə bağlı normativ hüquqi aktların uyğunlaşdırılması prosesi başlanıb.

Cagdas.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

Sərəncam “Bakı Metropoliteni” QSC-nin yenidən təşkili haqqında Prezident İlham Əliyevin 7 may 2026-cı il tarixli fərmanının icrasının təmin olunması məqsədilə qəbul edilib.

Sənədə əsasən, Ədliyyə Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, AZCON və digər aidiyyəti qurumlarla birlikdə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının yeni fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində hökumətə təqdim etməlidir.

Mərkəzi icra hakimiyyəti orqanlarına isə dörd ay ərzində öz səlahiyyətləri çərçivəsində normativ sənədlərin uyğunlaşdırılması tapşırılıb. Aidiyyəti qurumlar görülən işlər barədə Ədliyyə Nazirliyinə və zərurət yarandıqda Nazirlər Kabinetinə məlumat verməlidirlər.

Bundan əlavə, Ədliyyə Nazirliyi normativ hüquqi aktların Prezident fərmanına uyğunlaşdırılmasını təmin etməli və altı ay müddətində Nazirlər Kabinetinə hesabat təqdim etməlidir.

Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə olunub.