Son dəqiqə
Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı Azərbaycanda uzun illər evli olanlar arasında boşanmalar artıb Ermənistanda hərbi xidmətə çağırış yaşı 32-yə qaldırılır Elvin Cəfərquliyevin meydanlara qayıdacağı tarix bəlli deyil ABŞ-nin 81 hərbi təyyarəsi məhv edilib – Araqçi Bu avtomobillərlə bağlı mühüm xəbər – GƏLƏN İL VAXTI BİTİR İtkin şəxslərlə bağlı Bakı konfransında yekun bəyannamə qəbul edildi Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın Bakıda 5 rayon su basma riski ilə üz-üzə: konkret statistika açıqlanmadı Azərbaycan və Ermənistan tərəfləri Gorusda görüş keçirib
Reklam
Reklam

Əli Əsədov iki qərar imzaladı

İqtisadiyyat

Nazirlər Kabineti “Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları”nı təsdiq edib.

Çağdaş.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, hökumətin “Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 6 aprel 2007-ci il tarixli qərarı qüvvədən düşüb.

Qaydalar “Büdcə sistemi haqqında” qanununda dəyişiklik edilməsi barədə” 14 iyul 2025-ci il tarixli qanununun tətbiqi və bununla əlaqədar ölkə Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” dövlət başçısının 4 avqust 2025-ci il tarixli fərmanını icras etmək məqsədilə büdcə ilinin istənilən təqvim gününə vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi mexanizmini müəyyən edir.

Qaydalarda istifadə olunan anlayışlar “Büdcə sistemi haqqında” qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulan mənaları ifadə edir.

X X X

Nazirlər Kabineti 8 iyul 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Gəmi agenti haqqında Əsasnamə”də dəyişiklik edib.

Referans Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, gəmilərin limana gəlməsi, limanda olması və limandan çıxması barədə məlumatlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinə elektron qaydada təqdim ediləcək.