Son dəqiqə
“Azərbaycan əsgəri atəş açmasaydı, onu elə həmin gün geri qaytarardıq” – Paşinyan Prezident: Birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq Qış turizmində qar problemi belə həll olunacaq Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT “Azərbaycan əsgəri ömürlük Ermənistanda qalmayacaq” – Paşinyan Noyabrda 11 gün iş olmayacaq Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub Azərbaycanda bəzi kolleclər ləğv olunacaq – EKSKLÜZİV Ramiz Mehdiyev öz məhkəməsinə niyə gəlmir… Japarov: Azərbaycan və Mərkəzi Asiya üçün vahid viza yaradılsın
Reklam
Reklam

Azərbaycanda bəzi kolleclər ləğv olunacaq – EKSKLÜZİV

Cəmiyyət

Cagdas.az bildiriri ki Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov AzEdu.az və Modern.az-a geniş müsahibəsində maraqlı açıqlamalar verib.

O, Ali təhsil haqaında qanun layihəsindən danışarkən bu sahədə ediləcək yeniliklərə də toxunub. Bildirib ki, bəzi kolleclərin müəyyən universitetlərin tərkibinə daxil edilməsi, digər kolleclərin isə ləğv olunması nəzərdə tutulur.

“Kolleclərin profilinə uyğun ali təhsil müəssisələrinin tərkibində fəaliyyət göstərməsi ilə bağlı müəyyən işlər aparılır. Məsələn, niyə Tibb Universitetinin nəzdində tibb kolleci olmasın? Yaxud niyə Pedaqoji Kollec Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərkibində olmasın? Eyni şəkildə, Lənkəran Dövlət Universitetinin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollec niyə Aqrar Universitetinin tərkibində olmasın? Bu istiqamətdə müəyyən işlər gedir”, – deyə komitə sədri bildirib.

Anar İsgəndərov qeyd edib ki, ali təhsil sahəsində həyata keçirilən dəyişikliklər azərbaycanlı gənclərin xaricdə təhsil və fəaliyyət zamanı problemlərlə üzləşməməsi baxımından da əhəmiyyətlidir.

“Əsas istək odur ki, azərbaycanlı gənc başqa ölkəyə gedəndə Azərbaycanda aldığı təhsil ona kömək olun, əlavə problemlər yaşamasın. Çünki bu gün azərrbaycanlılar təkə Azərbaycanda fəaliyyət göstərmirlər. Minlərlə azərbaycanlı gənc dünyanın hər yerində var. Biz bu istiqaməti nəzərə alacağıq”.