İran və ABŞ tərəfləri arasında razılaşma Tehranın saziş bağlandıqdan sonra 30 gün ərzində Hörmüz boğazını açmasını nəzərdə tutur.
Cagdas.az xəbər verir ki, bu barədə mayın 24-də “Vaşinqton Post” mənbələrə istinadən məlumat yayıb.
“Diplomat tərəfindən imzalanmış son təklifə əsasən, İran dərhal Hörmüz boğazını açacaq və 30 gün ərzində dəniz daşımalarının müharibədən əvvəlki səviyyəyə qaytarılması üçün addımlar atacaq”, — deyə nəşrdə bildirilir.
Həmçinin İran, ABŞ və onların müttəfiqlərinin bütün cəbhələrdə, o cümlədən Livan ərazisində hərbi əməliyyatların dərhal dayandırıldığını elan etməsi nəzərdə tutulur. Qəzet qeyd edib ki, təklif İranın nüvə silahı hazırlamaqdan imtina etdiyini təsdiqləməsini və mövcud ehtiyatlarının razılaşdırılmış üsulla məhv edilməsinə razılıq verməsini də əhatə edir.(Modern.az )
















