“İran Vaşinqtonla razılaşma əldə etmək istəyir, lakin danışıqlar hələ nəticə vermir”.
Çağdaş.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O, ABŞ-ın Tehranla aparılan danışıqlardan narazı olduğunu diqqətə çatdırıb. Tramp qeyd edib ki, yüksək zənginləşdirilmiş uranın təhvil verilməsi müqabilində İrana heç bir güzəşt edilməyəcək və sanksiyalar yumşaldılmayacaq.
Tramp həmçinin İrana qarşı hərbi əməliyyatların yenidən başlaya biləcəyini də istisna etməyib.//Globalinfo.az
















