Azərbayanın ilk xalq şairi Səməd Vurğunun 1975-ci ildən qarajda istifadəyə yararsız halda saxlanılan avtomobili bərpa edilərək Bakıya gətirilib.
Çağdaş.Az İTV-yə istinadən xəbər verir ki, avtomobil Səməd Vurğunun 120 illik yubileyinə həsr olunaraq bərpa edilib.
Bildirilib ki, Səməd Vurğun 1955-ci ildə Gürcüstanda olarkən xəstəliyini hiss etdiyi üçün maşınını xalası oğluna bağışlayıb. Şairin vəfatından sonra isə bu fakt uzun illər diqqətdən kənarda qalıb. Maşının texniki pasportunda da Səməd Vurğunun adı yazılıb.
Qeyd edək ki, sözügedən avtomobil şairin təhsil aldığı Müəllimlər Seminariyasının Qazax filialının ADA korpusunda yerləşən mərkəzinə veriləcək.
















