• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.4° Weather Columbus
$
1.7
€
1.977
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Pəncabın Baş naziri Prezident İlham Əliyevə təbrik ünvanlayıb

29 May, 26 / 15:20
A A
Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Çağdaş.Az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Zati-alinizə, Hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Tarixdə mühüm dönüş nöqtəsi olan 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının qeyd edildiyi bu əlamətdar bayram xalqınızın suverenliyə, milli ləyaqətə və maariflənməyə sarsılmaz sadiqliyinin qürurverici təsdiqidir.

Azərbaycanın əvəzolunmaz Ümummilli Lideri Heydər Əliyevin və Bakıda Şəhidlər xiyabanında uyuyan qəhrəman şəhidlərin məzarlarını ehtiramla yad etmək mənə Azərbaycan xalqının cəsarətini, fədakarlığını və möhkəm iradəsini bir daha xatırlatdı. Mərhum atanız Heydər Əliyevin milli ləyaqət və dövlətçiliklə bağlı zəngin irsi bu gün Azərbaycanın hüdudlarından kənarda da böyük hörmətlə qarşılanır.

Azərbaycan Respublikası bu gün Zati-alinizin uzaqgörən rəhbərliyi altında böyük uğurla və inamla inkişaf edir, dünya dövlətlərinin hörmət və rəğbətini qazanır. Fürsətdən istifadə edərək bu yaxınlarda Zati-alinizlə görüşümüz zamanı, ümumiyyətlə Bakıda olduğumuz müddətdə mənə və nümayəndə heyətimə göstərdiyiniz yüksək səmimiyyətə və qonaqpərvərliyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Zati-aliniz və qardaş Azərbaycan xalqı tərəfindən Pəncab xalqına qarşı ifadə edilən, qəlbimizdə silinməz iz buraxan dostluq və qardaşlıq hisslərini həmişə hörmət və məhəbbətlə xatırlayacağıq. Pakistan İslam Respublikası, onun Pəncab əyaləti və Azərbaycan Respublikası arasındakı əlaqələrin əsasında ortaq dəyərlər, qarşılıqlı etimad, həm çətin, həm də xoş günlərdə bir-birinə göstərilən sarsılmaz dəstək dayanır. Bu əlaqələrin qarşıdakı illərdə daha da möhkəmlənəcəyinə və Pəncab xalqı ilə Azərbaycan xalqı arasındakı qardaşlıq əlaqələrinin daha da dərinləşəcəyinə səmimi-qəlbdən inanıram.

Zati-aliləri, bir daha ən yüksək ehtiramımı və Azərbaycan Respublikasına davamlı sülh, tərəqqi və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm”.

Bənzər Xəbərlər

Cəmiyyət

Sabah Azərbaycanda hava necə olacaq?

May 29, 2026
Manşet

Maldiv Prezidenti Azərbaycan liderini təbrik edib

May 29, 2026
Cəmiyyət

Asəf Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM

May 29, 2026
Manşet

Vaşinqtonda forum keçiriləcək: Hikmət Hacıyev də iştirak edəcək

May 29, 2026
Cəmiyyət

Azərbaycanın ən təhsilli və ən təhsilsiz RAYONLARI

May 29, 2026
İqtisadiyyat

Xocalıda "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib

May 28, 2026

XƏBƏR LENTİ

Azərbaycanda internetlə bağlı ŞAD XƏBƏR: LiFi GƏLİR

30 May, 26 / 14:21

Valideynlər, DİQQƏT: Övladınızın telefonunda bu proqram varsa, dərhal SİLİN! - VİDEO

30 May, 26 / 9:43

İnsanların axın etdiyi müqəddəs məkanın sirri: "Bu su üstlərinə düşsə..." - VİDEO

30 May, 26 / 9:21

Azərbaycan əhalisinə SEVİNDİRİCİ XƏBƏR: ​Sentyabrdan maaşlar bu qədər olacaq

30 May, 26 / 9:01

ABŞ-da Trampa görə qanun dəyişdirilir

29 May, 26 / 20:25

Okeanın dibində böyük SİRR- 400 illik batmış gəmidə nəhəng qaçaqmalçılıq tapıldı

29 May, 26 / 19:51

Paşinyanın Qərb siyasəti iflasa uğrayır: Rusiya Ermənistanı bu ittifaqdan silmək üzrədir

29 May, 26 / 19:04

NATO-dan Moskvaya qarşı strateji gediş: 18 min hərbçi o adaya yeridildi, fəlakət qapıda

29 May, 26 / 18:18

DGK Sumqayıtda ƏMƏLİYYAT KEÇİRDİ

29 May, 26 / 17:58

Mohamed Salah Türkiyə Super Liqasına doğru!

29 May, 26 / 17:17
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.