Son dəqiqə
Elvin Cəfərquliyevin meydanlara qayıdacağı tarix bəlli deyil ABŞ-nin 81 hərbi təyyarəsi məhv edilib – Araqçi Bu avtomobillərlə bağlı mühüm xəbər – GƏLƏN İL VAXTI BİTİR İtkin şəxslərlə bağlı Bakı konfransında yekun bəyannamə qəbul edildi Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın Bakıda 5 rayon su basma riski ilə üz-üzə: konkret statistika açıqlanmadı Azərbaycan və Ermənistan tərəfləri Gorusda görüş keçirib Prezidentdən YENİ TƏYİNAT -FOTO Bu hərəkəti edənlərə PUL CƏZASI – Mağazalarda vacib qayda AÇIQLANDI Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər AYB-dən xaric ediləcək
Reklam
Reklam

Euronews WUF13-ün nəticələri ilə bağlı xüsusi reportaj hazırladı – VİDEO

İqtisadiyyat

“Euronews” telekanalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) yekunlarına həsr olunmuş xüsusi reportaj yayımlayıb.

Çağdaş.Az xəbər verir ki, telekanalın məlumatına görə, reportajda WUF13-ün şəhərlərin gələcəyi üçün qoyduğu irs, beynəlxalq əməkdaşlıq imkanları və urbanizasiya sahəsində əldə olunan nəticələrə diqqət yetirilib. Bildirilib ki, forum mənzil təminatı, iqlim davamlılığı və şəhər idarəçiliyi kimi vacib məsələlər ətrafında qlobal müzakirələr üçün mühüm platformaya çevrilib.

Reportajda qeyd olunur ki, 176 ölkədən 57 mindən çox iştirakçını bir araya gətirən forum siyasətçilər, şəhərsalma mütəxəssisləri və ekspertlər arasında təcrübə mübadiləsinə şərait yaradıb. Forum çərçivəsində keçirilən yüzlərlə sessiya və sərgidə dünyanın müxtəlif şəhərlərində tətbiq olunan innovativ həllər təqdim olunub.

“Euronews” vurğulayır ki, WUF13-də aparılan müzakirələr gələcək şəhərsalma strategiyalarının formalaşdırılmasına töhfə verir və şəhərlərin dayanıqlı inkişafı ilə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edir.