Son dəqiqə
İtkin şəxslərlə bağlı Bakı konfransında yekun bəyannamə qəbul edildi Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın Bakıda 5 rayon su basma riski ilə üz-üzə: konkret statistika açıqlanmadı Azərbaycan və Ermənistan tərəfləri Gorusda görüş keçirib Prezidentdən YENİ TƏYİNAT -FOTO Bu hərəkəti edənlərə PUL CƏZASI – Mağazalarda vacib qayda AÇIQLANDI Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər AYB-dən xaric ediləcək Azərbaycan və Ermənistan nümayəndələri TRIPP üzrə görüş keçirib Pensiya hesablanması dəyişir – Kim nə qədər alacaq? TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
Reklam
Reklam

Bu hərəkəti edənlərə PUL CƏZASI – Mağazalarda vacib qayda AÇIQLANDI

Cəmiyyət

Mağazada alış-veriş zamanı məhsulun təsadüfən yerə düşərək sınması müştəri ilə mağaza əməkdaşları arasında mübahisəyə səbəb ola bilər. Belə hallarda əsas məsələ məhsulun hansı səbəbdən sındığının müəyyənləşdirilməsidir.

Cagdas.az  xəbər verir ki, bu barədə “Yeni Sabah”a açıqlamasında vəkil Ramil Süleymanov bildirib ki, məhsulun mağazada necə yerləşdirilməsi və müştərinin ehtiyatsız davranıb-davranmaması araşdırılmalıdır.

Onun sözlərinə görə, məhsul mağaza tərəfindən düzgün yerləşdirilməyibsə və bunun nəticəsində sınma baş veribsə, məsuliyyətin müştərinin üzərinə qoyulması məsələsi mübahisəlidir:

“Birinci növbədə o araşdırılmalıdır ki, həmin məhsul mağaza yiyəsi, mağaza tərəfindən düzgün şəkildə vitrinə qoyulmuşdurmu və burada hər hansı bir risk yoxdur ki?”

Vəkil qeyd edib ki, müşahidə kameraları vasitəsilə müştərinin öz ehtiyatsızlığı nəticəsində məhsula zərər vurduğu müəyyənləşərsə, mağaza tərəfindən dəymiş zərərin ödənilməsi tələb oluna bilər.

“Əgər həqiqətən də müşahidə kamerası vasitəsilə müəyyən olunarsa ki, müştəri öz ehtiyatsızlığı səbəbindən məhsulun zədələnməsinə, qırılmasına səbəb olub, heç şübhəsiz ki, həmin məhsulun dəyərinin ödənilməsi, kompensasiya edilməsi şəxsdən tələb oluna bilər”, – deyə R.Süleymanov vurğulayıb.

O bildirib ki, belə vəziyyətlərdə söhbət mülki məsuliyyətdən gedir və tərəflər arasında mübahisə yarandıqda məsələ məhkəmə müstəvisinə daşına bilər.

Vəkilin sözlərinə görə, məhsulun qəsdən sındırılması isə fərqli qiymətləndirilir:

“Əgər müşahidə kameraları vasitəsilə müəyyən olunarsa ki, şəxs bilərəkdən həmin əşyaların qırılmasına səbəb olur və qəsdən davranır, şəxsin şəxsiyyəti müəyyən olunur və aidiyyəti üzrə onun yaşadığı, qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət olunmaqla vurulmuş zərərin ödənilməsi tələb oluna bilər”.