• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
30.1° Weather Columbus
$
1.7
€
1.9747
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İdman

ABŞ, Kanada və Meksika mundialı: Stadionlar, şəhərlər və rekordlar – ARAŞDIRMA

05 İyun, 26 / 19:57
A A

2026-cı il dünya çempionatı futbol tarixinin ən fərqli və ən böyük turnirlərindən biri olacaq.

Çağdaş.Az bildirir ki, ilk dəfə mundiala eyni anda üç ölkə – ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.

Üstəlik, ilk dəfə yarışda 48 milli komanda mübarizə aparacaq. Bu isə həm oyun sayının, həm azarkeş marağının, həm də turnirin coğrafi miqyasının rekord həddə çatacağı anlamına gəlir.

FIFA-nın planına əsasən, mundialın matçları 16 şəhərdə keçiriləcək. Turnirin əsas yükünü ABŞ daşıyacaq. Belə ki, oyunlar adıçəkilən ölkənin 11 şəhərində baş tutacaq. Kanada və Meksika isə müvafiq olaraq hərəyə 2 və 3 şəhərlə mundial atmosferini yaşayacaq.

ABŞ-də oyunlara ev sahibliyi edəcək şəhərlər arasında Nyu-York/Nyu-Cersi, Los-Anceles, Mayami, Dallas, Atlanta, Sietl və San-Fransisko kimi nəhəng mərkəzlər yer alır. Xüsusilə Nyu-York/Nyu-Cersi bölgəsində yerləşən “Metlayf” stadionu turnirin final matçına ev sahibliyi edəcək. Təxminən 82 min tamaşaçı tutumuna malik arena mundialın ən möhtəşəm ünvanlarından biri hesab olunur.

Los-Ancelesdə yerləşən “Sou-Fay” (70 240 tamaşaçı), Dallasdakı “AT&T” (80 000 tamaşaçı) və Atlantadakı “Mercedes-Benz” stadionu (71 000 tamaşaçı) da yarışın əsas arenaları sırasında göstərilir. Müasir texnologiyalarla təchiz olunan bu stadionların hər biri dünya futbolunun ən böyük səhnəsinə çevriləcək.

Kanada tarixində ilk dəfə dünya çempionatının oyunlarını qəbul edəcək. Toronto şəhərində yerləşən “BMO Fild” (45 736 tamaşaçı) və Vankuver şəhərində yerləşən “Bi Si Pleys” (54 500 tamaşaçı) arenaları futbol bayramının bir hissəsi olacaq.

Meksika isə dünya futbol tarixində yeni rekord müəllifi olacaq. Belə ki, Mexiko şəhərində yerləşən məşhur “Asteka” stadionu (87 500 tamaşaçı) tarixdə üç dünya çempionatına ev sahibliyi edən ilk arena kimi adını futbol salnaməsinə yazdıracaq. Daha əvvəl burada 1970 və 1986-cı illərin mundial oyunları keçirilmişdi. Əfsanəvi Pele və Dieqo Maradonanı mundial zirvəsində görən stadion yenidən futbol dünyasının diqqət mərkəzinə çevriləcək.

Eyni zamanda, Meksikanın daha iki böyük şəhərində də mundialın görüşləri reallaşacaq. Qvadalaxarada yerləşən “Estadio Akron” (48 000 tamaşaçı) və Monterrey şəhərindəki “Estadio BBVA” (53 500 tamaşaçı) stadionları da turnirin əsas oyun məkanları sırasında yer alacaq.

2026-cı ilin mundialında ümumilikdə 104 oyun baş tutacaq. Açılış matçının Meksikada, finalın isə ABŞ-də keçirilməsi planlaşdırılır. Üçüncü yer uğrunda görüş isə Mayamidə yerləşən “Hard Rok” stadionunda (65 000 tamaşaçı) baş tutacaq. Turnirin geniş coğrafiyanı əhatə etməsi azarkeşlərə fərqli mədəniyyətləri, şəhərləri və futbol atmosferini eyni yarış daxilində yaşamaq imkanı yaradacaq.

Artıq indidən aydındır ki, DÇ-2026 təkcə futbol yarışı deyil, həm də Şimali Amerikanın ən böyük idman festivalına çevriləcək./Report/

Bənzər Xəbərlər

İdman

“Qəbələ” klubu 50 min manat mükafat əldə edəcək

İyun 5, 2026
İdman

Prezident İlham Əliyev millimizi təbrik edib

İyun 5, 2026
İdman

AMF Azərbaycan millisi ilə bağlı paylaşımlar etdi – FOTO

İyun 5, 2026
İdman

“Şamaxı”nın yeni baş məşqçisi o oldu

İyun 2, 2026
İdman

Dursun Özbek “Qalatasaray”a elə bir ulduzu gətirir ki…

İyun 1, 2026
İdman

UEFA-dan iki böyük seçim – biri türk, digəri gürcü

İyun 1, 2026

XƏBƏR LENTİ

WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ: Bu mesaja qətiyyən cavab verməyin

05 İyun, 26 / 22:20

İyunun bu günlərinə DİQQƏT EDİN – Çoxdan gözlədiyiniz hadisələr olacaq

05 İyun, 26 / 22:06

Bu ixtisas qrupunda iştirakçı daha çoxdur

05 İyun, 26 / 21:51

Ermənistanda keçmiş nazirlərin həbsinə qərar verildi

05 İyun, 26 / 21:23

İnternetinizin sürətini bu yolla artıra bilərsiniz – YENİLİK

05 İyun, 26 / 20:58

“Qəbələ” klubu 50 min manat mükafat əldə edəcək

05 İyun, 26 / 20:19

ABŞ, Kanada və Meksika mundialı: Stadionlar, şəhərlər və rekordlar – ARAŞDIRMA

05 İyun, 26 / 19:57

Küveyt Əmiri İlham Əliyevi təbrik edib

05 İyun, 26 / 19:38

15 günə məlumat verməyən CƏZALANACAQ

05 İyun, 26 / 19:19

Rusiya dənizçilərimizin ölümü ilə bağlı başsağlığı verib

05 İyun, 26 / 19:06
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.