“Ermənistanın səsi”: “Aleksandr Alden özünü yarı erməni hesab edə bilər, bəlkə də bir az ermənicə danışır və dolmanı sevir, amma…”
ABŞ prezidenti Tramp Aleksandr Aldeni ABŞ-ın Azərbaycandakı yeni səfiri vəzifəsinə namizəd göstməsi ətrafında yeni müzakirələrə ermıni mediası da qoşulub.
Referans MEDİA xəbər veri ki, “Ermənistanın səsi” səfir postuna namizəd göstərilən Alden haqda sensasaion idialar irəliu sürüb. Yada salaq ki, bu vəzifə 2024-cü ilin dekabrında Mark Libbinin Bakıdan getməsindən sonra təxminən bir il yarımdır boşdur.
“Ağ Ev iki əsas səbəbdən yeni səfir tapmaqda çətinlik çəkirdi. Birincisi, İran böhranı planları pozmuşdu. Azərbaycanın da daxil olduğu regiondakı mürəkkəb vəziyyət ABŞ administrasiyasının Bakıya qarşı strategiyasını effektiv şəkildə həyata keçirmək üçün optimal namizədi tez bir zamanda seçməsinə mane oldu. İkincisi, Trampın ikinci müddəti ərzində təxminən 2000 yüksək ixtisaslı işçi ABŞ diplomatik xidmətindən istefa verdi və ya yeni rəhbərlik tərəfindən işdən çıxarıldı. Bu səbəbdən 100-dən çox ölkədə ABŞ səfirlik vəzifələri boş qalır. Onların arasında Azərbaycan və Ermənistan da var” deyə, “Erməınistanın səsi” yazır.
Ermıəni nəşri Aldenin Senatda təsdiqləınəcəyinə şübhə etmir:”Bu diplomat maraqlı fiqurdur. Nisbətən gənc yaşına baxmayaraq, diplomatik, hərbi analitik və texnoloji sahələrdə geniş təcrübəyə malikdir. Aleksandr Alden Pentaqonda Müdafiə Katibinin nüvə üzrə xüsusi köməkçisi vəzifəsində çalışıb. O, həmçinin Milli Təhlükəsizlik Şurasında (MTŞ) çalışıb və direktor kimi müdafiə siyasəti və strategiyasına, eləcə də qabaqcıl texnologiyalara nəzarət edib. Dövlət Departamentində Alden Avropa və Asiya ölkələri ilə münasibətlərə diqqət yetirib və xüsusilə Çinə qarşı mübarizə strategiyasının hazırlanmasında iştirak edib. O, həmçinin dövlət katibinin köməkçisi vəzifəsində çalışıb.Alden həmçinin bir neçə müstəqil Amerika mənbəyinə görə, İsraillə sıx əlaqələri olan böyük İT şirkəti olan “Palantir Technologies” ilə əməkdaşlıq edib”.

Lakin ən maraqlı fakt Aleksandr Aldenin erməni kökənli olması ilə bağlıdır. Bəllidir ki,onun valideynləri ABŞ-a qaçan sovet siyasi mühacirləri idilər.Erməni saytı bu barədə yazır: “Tramp və Rubionun seçimi xəbər verən Azərbaycan mediasının ictimaiyyətini yeni səfirin erməni kökləri barədə məlumatlandırmaması diqqət çəkir. Baxmayaraq ki, Bakının Aldenin bütün (və o qədər də əlçatan olmayan) tərcümeyi-halını son hərfə qədər öyrənməyə vaxtı olmadığına inanmaq çətindir. Bu, olduqca kəskin bir vəziyyət yaradır. Görünür, Aldenin erməni kökləri onun namizədliyində rol oynayıb. Bəlkə də amerikalılar Bakını təhrik etmək istəyiblər. Yaxud bəlkə də onlar regionda etnik dözümsüzlüyə son qoymaq istəklərini simvolik olaraq nümayiş etdirmək istəyirdilər”.
Nəşrə görə. erməni kökənli olması Ermənistan tərəfi üçün siyasi və diplomatik baxımdan az fayda verəcək: “Güman ki, gələcək Amerika səfirinin erməni kökləri haqqında məlumatlar tezliklə cəmiyyətimizə sızacaq və Ermənistanda əsassız sevinc və qürur mənbəyinə çevriləcək. Siyasətdə etnik köklərin vacib olduğuna sadəlövhcəsinə inanan ermənilərin mentaliteti belədir. Bu arada, bu, tərifinə görə, xüsusən də böyük dövlətlərin nümayəndələri ilə baş vermir. Rusiya diplomatik korpusundakı ən yüksək vəzifəli şəxsin(Sergey Lavrov nəzərdə tutulur-red) nümunəsi bunun əyani sübutudur. Aleksandr Alden özünü yarı erməni hesab edə bilər, bəlkə də bir az ermənicə danışır və dolmanı sevir, amma bu, heç nə demək deyil. O, ilk növbədə, yalnız təmsil etdiyi ölkənin maraqlarını rəhbər tutan amerikalı mütəxəssis, diplomat və məmurdur”.
“Ermənistanın səsi” sonda yazır ki, “İrəvana gələcək ABŞ səfirinin hansısa türk və ya Azərbaycan kökləri olduğu ortaya çıxsa, təəccüblənməməliyik, çünki güzgü diplomatiyası əsl amerikalı üslubudur”./Musavat.com/
















