Son dəqiqə
Yeni qanun nəyi dəyişəcək? – 8 VACİB MƏQAM Sosial müavinətlə bağlı yeni xəbər – 179 min nəfər… “Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb Prezidentin Mətbuat Xidməti açıqlama yayıb Küçəni özününküləşdirənlər: Stul, vedrə, zəncirlə “parking” tutanları hansı CƏZA gözləyir? YENİ İLDƏN PENSİYALAR NECƏ HESABLANACAQ? – İqtisadçılar diferensial mexanizmi açıqladılar AVTOBUSLARIN PULUNU DÖVLƏT ÖDƏYƏCƏK… – Sərnişindaşımada yeni mərhələ başlayır Əmr İMZALANDI: Onların maaşları artırıldı ADY-nin sərnişin daşımaları artıb Paşinyan: Ermənistan-Azərbaycan dəmir yolu və Türkiyə sərhədi açıla bilər
Reklam
Reklam

Qızılın qiyməti yüksəlir: Bazarlarda son vəziyyət – VİDEO

İqtisadiyyat

Dünya bazarında qızıl və gümüşün qiymətlərində artım müşahidə olunur.

Bəs bu proses Azərbaycanın qızıl bazarına necə təsir edir?

Mütəxəssislərin sözlərinə görə, ölkədə qızıl məmulatlarının qiymətləri əsasən idxal xərcləri, emal prosesi, ticarət obyektlərinin maya dəyəri və satış strategiyalarından asılı olaraq formalaşır.

Ekspert Rövşən Əmircanov bildirib ki, daxili bazarda qiymətlərin yüksəlməsi istehlakçı davranışlarında müəyyən dəyişikliklərə səbəb olur:

“Belə şəraitdə alıcılar daha aşağıçəkili, gündəlik istifadə üçün nəzərdə tutulan və nisbətən əlçatan qiymət seqmentinə aid məmulatlara üstünlük verirlər. İriçəkili, investisiya məqsədli və mərasim xarakterli məhsulların alınmasında isə daha ehtiyatlı qərarlar verilir”.

Çaağdaş.Az mövzu ilə bağlı daha ətraflı məlumatı Azərbaycan Televiziyasına (AzTV) istinadən təqdim edir: