• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20° Weather Columbus
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bu yazını ürək xəstələri oxusun

14 İyun, 26 / 22:02
A A

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədər bir çox sağlamlıq probleminə təsir göstərə bilər.

Çağdaş.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, “hamı üçün ən doğru yuxu pozisiyası” anlayışı yoxdur.

Düzgün seçim insanın yaşına, çəkisinə, hamiləlik vəziyyətinə, ürək və mədə sağlamlığına görə dəyişir.

Yuxu zamanı bədənin aldığı mövqe nəfəsalma prosesinə, mədə turşusunun hərəkətinə, onurğanın düzülüşünə və səhər oyananda hiss olunan ağrılara birbaşa təsir edir.

Mütəxəssislər bildirirlər ki, yanlış yuxu pozisiyası təkbaşına ömrü qısaltmır, amma uzun müddətdə xroniki ağrıları artıraraq sağlamlığa mənfi təsir göstərə bilər.

Ən geniş yayılmış yuxu pozisiyalarından biri yan üstə yatmaqdır. Bir çox insan bu vəziyyətdə daha rahat nəfəs aldığını deyir. Lakin hansı tərəfə yatmağın seçilməsi də önəmlidir.

Mütəxəssislərə görə, xüsusilə mədə turşuluğundan əziyyət çəkən insanlarda sol tərəfə yatmaq bəzi hallarda şikayətləri azalda bilər. Bunun səbəbi mədə ilə qida borusunun yerləşmə formasıdır. Sol tərəfə uzananda mədə turşusunun qida borusuna geri qaçma ehtimalı azalır və gecə  daha yüngül keçə bilər.

Hamiləlik dövründə də sol tərəfə yatmaq tez-tez tövsiyə olunur. Amma bu məsələdə ən doğru qərar mütləq həkim tərəfindən verilməlidir.

Ürək xəstəliyi olan bəzi insanlarda sol tərəfə yatmaq narahatlıq yarada bilər. Bu səbəbdən bəzi hallarda sağ tərəfə yatmaq daha rahat ola bilər. Lakin bu, ümumi qayda deyil. Həkimlər bildirirlər ki, ürək çatışmazlığı, ritm pozğunluğu və ya kardiostimulyatoru olan şəxslər yuxu pozisiyasını özbaşına dəyişməməlidirlər.

Kürəyi üstə yatmaq onurğa baxımından bəzi insanlar üçün faydalı ola bilər. Lakin bu pozisiyanın mənfi tərəfi var: xoruldma və yuxuda nəfəs alma pozuntusu riski arta bilər. Bu vəziyyətdə boğaz ətrafındakı yumşaq toxumalar tənəffüs yolunu daralda bilər. Bu da gecə nəfəs dayanması, tez-tez oyanma və gündüz yorğunluğuna səbəb ola bilər.

Yuxuda nəfəs pozulması yalnız xoruldama yaratmır. Müalicə olunmadıqda ürək-damar sistemi, təzyiq, maddələr mübadiləsi və ümumi həyat keyfiyyətinə ciddi təsir göstərə bilər.

Bəzi insanlar üzüaşağı yatanda xoruldamağın azaldığını bildirir. Amma bu pozisiya boyun və bel üçün ən çətin variantlardan biridir. Bu vəziyyətdə baş adətən yana çevrilir və bu, boyun əzələlərində gərginlik yaradır. Eyni zamanda beldə təbii əyriliyin pozulması da mümkündür.

Son illərdə aparılan araşdırmalar yan üstə yatmağın beynin təmizləmə sistemi üçün daha faydalı ola biləcəyini göstərir. Lakin bu nəticələr hələ tam təsdiqlənməyib və əsasən heyvan tədqiqatlarına əsaslanır.

Mütəxəssislər vurğulayırlar ki, “müəyyən tərəfə yatmaq Altsheymer xəstəliyinin qarşısını alır” kimi iddialar elmi cəhətdən dəqiq deyil.

Həkimlərin tövsiyəsinə görə, yuxu keyfiyyətini artırmaq üçün uyğun sərtlikdə yataq seçilməli, boyun və onurğa eyni xəttdə saxlanılmalı, dizlər arasında yastıqdan istifadə edilməli, gündəlik hərəkət artırılmalıdır.

Yuxu pozisiyasını dəyişmək isə birdən-birə deyil, mərhələli şəkildə edilməlidir. Əks halda bədən yeni vəziyyətə uyğunlaşmaqda çətinlik çəkə bilər. Yuxu pozisiyası hər insan üçün fərdidir və hamı üçün ideal bir mövqe yoxdur. Əsas məqsəd bədənin rahat olması, nəfəsalmanın normal qalması və keyfiyyətli yuxunun təmin edilməsidir./Musavat.com/

Şahanə Rəhimli

Bənzər Xəbərlər

Maraqlı

Bu yay həyatlarını dəyişdirmək şansı qazanacaq BÜRCLƏR

İyun 14, 2026
Maraqlı

BU BÜRC üçün sevgi qapısı açılır

İyun 14, 2026
Cəmiyyət

Məmmədlidə evlər hələ də su altındadır: Zəhərli ilanlar peyda olub - VİDEO

İyun 14, 2026
Cəmiyyət

Bütün narkotikə qarşı bir peyvənd HAZIRLANDI

İyun 14, 2026
Maraqlı

Spirtli içki haqqında böyük yalan: Alimlər xəbərdarlıq edir

İyun 14, 2026
Cəmiyyət

Azərbaycanda ən çox ziyarət edilən şəhərlər bəlli oldu

İyun 14, 2026

XƏBƏR LENTİ

Bu yay həyatlarını dəyişdirmək şansı qazanacaq BÜRCLƏR

14 İyun, 26 / 23:55

BU BÜRC üçün sevgi qapısı açılır

14 İyun, 26 / 22:35

Bu yazını ürək xəstələri oxusun

14 İyun, 26 / 22:02

SON DƏQİQƏ! Ermənistanda seçkilərin yekun nəticəsi açıqlandı

14 İyun, 26 / 21:25

Qalibaf: “İsrailin Beyruta zərbəsi Tehran və Vaşinqton arasındakı dialoqu sual altında qoyur”

14 İyun, 26 / 20:54

Hikmət Hacıyev Ermənistanın Dilican şəhərinə GETDİ

14 İyun, 26 / 19:57

Məmmədlidə evlər hələ də su altındadır: Zəhərli ilanlar peyda olub - VİDEO

14 İyun, 26 / 19:28

Bütün narkotikə qarşı bir peyvənd HAZIRLANDI

14 İyun, 26 / 18:57

Spirtli içki haqqında böyük yalan: Alimlər xəbərdarlıq edir

14 İyun, 26 / 18:23

Starmerin əmri ilə Rusiyaya zərbə vuruldu

14 İyun, 26 / 17:57
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.