Son dəqiqə
Azərbaycan və Özbəkistan arasında iki sənəd təsdiqləndi Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi təsdiqləndi 567 nömrəli marşrutun avtobusları yenilənir Yeni Konstitusiyasız Azərbaycan sülh imzalamayacaq – İrəvan Ermənistan Türkiyə ilə sərhədi bu gün açmağa hazırdır – Spiker GTA 6 satışa çıxmamış rekord qırdı – İnternet trafiki pik həddə çatdı Gəlin dünyanı xilas edək – Azərbaycanlı alimlərdən çağırış Ermənistan Rusiya ilə düşmənçilik etmir – Rubinyan Prezident Vyetnama səfər edəcək Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır?

Azərbaycanda bu ödəniş ləğv edilir – Pulsuz olacaq

Cəmiyyət

Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv edilir.

Cagdas.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavabı olaraq Medianın İnkişafı Agentliyindən bildirilib.

Qeyd edilib ki, hazırda qüvvədə olan “Media haqqında” Azərbaycan Respublikası Qanununun 70.1-ci maddəsi ilə jurnalist vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydasına dair məsələlər tənzimlənir. “Media haqqında” Qanuna dəyişiklik layihəsinin 2.18.1.2-ci maddəsinə əsasən isə 70.1-ci maddədən “onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası” sözlərinin çıxarılması təklif olunur: “Bu isə o deməkdir ki, qanun layihəsi qəbul olunacağı təqdirdə jurnalist vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi ödənişsiz əsaslarla həyata keçiriləcək”.

Xatırladaq ki, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında vahid qurum – Media və Yayım Şurası yaradılır.
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödənişin məbləği 20 manat təşkil edib.