Son dəqiqə
Azərbaycan və Özbəkistan arasında iki sənəd təsdiqləndi Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi təsdiqləndi 567 nömrəli marşrutun avtobusları yenilənir Yeni Konstitusiyasız Azərbaycan sülh imzalamayacaq – İrəvan Ermənistan Türkiyə ilə sərhədi bu gün açmağa hazırdır – Spiker GTA 6 satışa çıxmamış rekord qırdı – İnternet trafiki pik həddə çatdı Gəlin dünyanı xilas edək – Azərbaycanlı alimlərdən çağırış Ermənistan Rusiya ilə düşmənçilik etmir – Rubinyan Prezident Vyetnama səfər edəcək Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır?

Prezidentin köməkçisi müjdəni verdi: 5 milyard ayrılır

Cəmiyyət

“Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində aqrar sahəyə 5 milyard manatdan çox investisiyanın cəlb olunması planlaşdırılır.

Cagdas.az   xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonları üzrə təşkil edilmiş müşavirədə çıxışı zamanı bildirib.

Z.Nağdəliyevin sözlərinə görə, proqramın reallaşdırılması məqsədilə dövlət büdcəsindən 2 milyard manatdan çox, özəl sektorun hesabına isə təqribən 3 milyard manatdan çox maliyyə vəsaiti səfərbər ediləcək:

Proqramın müvəffəqiyyətlə icra olunması üçün mərkəzi və yerli icra hakimiyyəti qurumlarının əlaqəli fəaliyyəti ilə bərabər, özəl sektorun investisiya və idarəetmə potensialından da səmərəli şəkildə yararlanılacaq. Qarşıdakı dörd il yarım müddətində proqramda əks olunan tədbirlərin təcili surətdə icrasına başlanılmalıdır”./Oxu24.com