Son dəqiqə
Azərbaycan və Özbəkistan arasında iki sənəd təsdiqləndi Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi təsdiqləndi 567 nömrəli marşrutun avtobusları yenilənir Yeni Konstitusiyasız Azərbaycan sülh imzalamayacaq – İrəvan Ermənistan Türkiyə ilə sərhədi bu gün açmağa hazırdır – Spiker GTA 6 satışa çıxmamış rekord qırdı – İnternet trafiki pik həddə çatdı Gəlin dünyanı xilas edək – Azərbaycanlı alimlərdən çağırış Ermənistan Rusiya ilə düşmənçilik etmir – Rubinyan Prezident Vyetnama səfər edəcək Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır?

Azərbaycanın Ermənistana builki ixracının dəyəri 11 milyon dolları keçib

Cəmiyyət

Bu ilin yanvar-may aylarında Azərbaycan Ermənistana 11 milyon 273 min ABŞ dolları dəyərində mal ixrac edib.

Cagdas.az xəbər veriri ki bu barədə  Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bunun 1,627 milyon dollarlıq hissəsi may ayının payına düşüb.

5 ay ərzində Azərbaycanın Ermənistandan dolayı yolla idxalının dəyəri isə cəmi 960 ABŞ dolları təşkil edib. Ötən ay bu ölkədən idxal olmayıb.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 0,85 % azdır.

Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.

Son nəticədə xarici ticarətdə 7 milyard 152 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 6,9 dəfə çoxdur.(ölkə.az)