Azərbaycanda torpaqların lazer üsulu ilə hamarlanmasını tətbiq edən fermerlər üçün yeni subsidiya mexanizmi yaradılacaq.
Cagdas.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli “Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində keçirilən müşavirədə deyib.
Nazir müavininin sözlərinə görə, lazer hamarlama tətbiq edən fermerlərin istehsal etdiyi buğdanı dəyirmanlara təhvil verdiyi hər tona görə əlavə məhsul subsidiyası ödənilməsi nəzərdə tutulur: “Subsidiya həm fermerlərə, həm də dəyirmanlara şamil ediləcək. Bu mexanizm müasir texnologiyaların tətbiqini sürətləndirməklə yanaşı, məhsuldarlığın və su səmərəliliyinin artırılmasına xidmət edəcək”.(musavat.com)
















