Son dəqiqə
Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi təsdiqləndi 567 nömrəli marşrutun avtobusları yenilənir Yeni Konstitusiyasız Azərbaycan sülh imzalamayacaq – İrəvan Ermənistan Türkiyə ilə sərhədi bu gün açmağa hazırdır – Spiker GTA 6 satışa çıxmamış rekord qırdı – İnternet trafiki pik həddə çatdı Gəlin dünyanı xilas edək – Azərbaycanlı alimlərdən çağırış Ermənistan Rusiya ilə düşmənçilik etmir – Rubinyan Prezident Vyetnama səfər edəcək Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək

Bir gündə 164 milyard dollar QAZANDI – Dünya tarixində bir İLK

Cəmiyyət

Dünyanın ən zəngin 500 insanının ümumi sərvəti iyunun 15-də ABŞ və İran arasında sülh sazişi xəbərləri fonunda fond indekslərinin yüksəlməsi sayəsində bir gündə 336 milyard dollar artıb.
Cagdas.az   xəbər verir ki, “Bloomberg”in hesablamalarına görə, bu, müşahidə tarixi ərzində qeydə alınan ən yüksək birgünlük artım olub.

Son artımlardan sonra dünyanın ən varlı 500 insanının sahib olduğu aktivlərin ümumi dəyəri 13,3 trilyon dollara çatıb. İlon Mask bu siyahıdakı liderliyini daha da möhkəmləndirib.

Onun aerokosmik şirkəti “SpaceX”in səhmlərinin demək olar ki, 20% dəyər qazanması nəticəsində iş adamının sərvəti 1,27 trilyon dollara yüksəlib. Mask cəmi bir gün ərzində 164 milyard dollar varlanıb ki, bu da siyahıdakı digər 499 nəfərin aktivlərinin ümumi artımına bərabərdir.

Siyahıda ikinci yerdə qərarlaşan Larri Peycin aktivləri 314 milyard dollar, Sergey Brinin sərvəti 292 milyard dollar, Ceff Bezosun 267 milyard dollar, Larri Ellisonun sərvəti isə 247 milyard dollar təşkil edir. (musavat.com)