Son dəqiqə
Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi təsdiqləndi 567 nömrəli marşrutun avtobusları yenilənir Yeni Konstitusiyasız Azərbaycan sülh imzalamayacaq – İrəvan Ermənistan Türkiyə ilə sərhədi bu gün açmağa hazırdır – Spiker GTA 6 satışa çıxmamış rekord qırdı – İnternet trafiki pik həddə çatdı Gəlin dünyanı xilas edək – Azərbaycanlı alimlərdən çağırış Ermənistan Rusiya ilə düşmənçilik etmir – Rubinyan Prezident Vyetnama səfər edəcək Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək

Rusiya Ermənistan maşınlarını sərhəddən buraxmır

Cəmiyyət

Rusiya-Gürcüstan sərhədində yerləşən “Yuxarı Lars” sərhəd-keçid məntəqəsində artıq təxminən 20 gündür mürəkkəb vəziyyət davam edir və nəticədə Ermənistana gedən yük maşınlarının kilometrlərlə uzanan növbəsi yaranıb.

Cagdas.az  xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, yüzlərlə yük avtomobili sərhədi keçmək və Ermənistana qayıtmaq üçün günlərlə növbə gözləyir.

Sürücülərdən biri qəzetə bildirib ki, növbə talonlarının bronlaşdırılması prosesi demək olar ki, irəliləmir. Onun sözlərinə görə, Rusiya tərəfi hər gün yalnız bir neçə yük avtomobilinin keçidinə icazə verir.

“Qalan maşınlar isə sərhəddə qalaraq öz növbələrini gözləməyə məcbur olurlar”, – deyə sürücü qeyd edib.(modern.az)