• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
14.9° Weather Columbus
$
1.7
€
1.9741
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Su obyektlərindən xüsusi istifadə ödənişli olacaq

17 İyun, 26 / 10:47
A A

Bu ilin sentyabrın 1-dən Azərbaycanda su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiq edilməsinə başlanılacaq.

Cagdas.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.

Bildirilib ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı məsələlər adından məlum olduğu kimi hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən texniki qurğu və avadanlıq tətbiq etməklə su obyektlərindən suyun götürülməsi, tullantı sularının təmizlənərək su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə olunması ilə əlaqədardır.

Suyun götürülməsi zamanı su obyektindən və götürülmə məqsədindən asılı olaraq məbləğlər müxtəlifdir. Belə ki, sənaye məqsədilə Xəzər dənizindən götürülən 100 kubmetr suya görə 0,4 manat, çay və göllərdən götürülən 100 kubmetr suya görə 4 manat, yeraltı sulardan götürülən 100 kubmetr suya görə 40 manat müəyyənləşdirilib. Xəzər dənizinə axıdılan 100 kubmetr tullantı suyu üçün 1 manat, çay və göllərə axıdılan 100 kubmetr tullantı suyu üçün 4 manat nəzərdə tutulur.

Qurum istifadəçilərin nəzərinə çatdırır ki, bu və digər ödənişlər barədə daha ətraflı məlumatları Nazirlər Kabinetinin 14 aprel 2026-cı il tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmiş “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri” qanunvericilik aktından əldə etmək mümkündür.

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin alınması ilə bağlı öncəliklə ADSEA-ya ərizə ilə müraciət edilməlidir. Bunun üçün ərizəçi su obyektindən istifadə növündən və hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmasından asılı olaraq tələb olunan sənədləri təqdim etməli, icazə alındıqdan sonra müqavilə bağlamalı və 2026-cı ilin 1 sentyabr tarixindən su obyektindən istifadə üçün ödəmələri həyata keçirməlidir.

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin alınması proseduru Azərbaycan Prezidentinin 2025-ci il 18 dekabr tarixli 554 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası” ilə müəyyən edilib.(metbuat.az)

Bənzər Xəbərlər

Cəmiyyət

I sinfə qəbulla bağlı vacib xəbər

İyun 17, 2026
Cəmiyyət

Mənzil almaq nə üçün problemə çevrilib? – SƏBƏBLƏR

İyun 17, 2026
Cəmiyyət

Ermənistanda seçicilərə rüşvət verənlər saxlanılıb

İyun 17, 2026
Cəmiyyət

Psixiatriya müayinəsinə dair yeni tənzimləmə müəyyənləşir

İyun 17, 2026
Cəmiyyət

Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

İyun 17, 2026
Cəmiyyət

Əhalinin NƏZƏRİNƏ: 17, 18 və 19 iyun tarixlərində nə baş verəcək?

İyun 17, 2026

XƏBƏR LENTİ

I sinfə qəbulla bağlı vacib xəbər

17 İyun, 26 / 14:04

Mənzil almaq nə üçün problemə çevrilib? – SƏBƏBLƏR

17 İyun, 26 / 13:50

Ermənistanda seçicilərə rüşvət verənlər saxlanılıb

17 İyun, 26 / 13:36

Psixiatriya müayinəsinə dair yeni tənzimləmə müəyyənləşir

17 İyun, 26 / 13:21

Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

17 İyun, 26 / 13:08

Montelladan radikal qərar – Onları əsas heyətdən çıxardı

17 İyun, 26 / 12:55

Rusiyada yanacaq böhranı DƏRİNLƏŞİR – Benzin satışında YENİ MƏHDUDİYYƏTLƏR

17 İyun, 26 / 12:42

Əhalinin NƏZƏRİNƏ: 17, 18 və 19 iyun tarixlərində nə baş verəcək?

17 İyun, 26 / 12:27

Şahbuzda hərbi sursat aşkar edildi – FOTOLAR

17 İyun, 26 / 12:10

Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib

17 İyun, 26 / 11:56
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.