Son dəqiqə
Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi təsdiqləndi 567 nömrəli marşrutun avtobusları yenilənir Yeni Konstitusiyasız Azərbaycan sülh imzalamayacaq – İrəvan Ermənistan Türkiyə ilə sərhədi bu gün açmağa hazırdır – Spiker GTA 6 satışa çıxmamış rekord qırdı – İnternet trafiki pik həddə çatdı Gəlin dünyanı xilas edək – Azərbaycanlı alimlərdən çağırış Ermənistan Rusiya ilə düşmənçilik etmir – Rubinyan Prezident Vyetnama səfər edəcək Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək

Bəzi şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq – Qanun nə deyir? – VİDEO

Cəmiyyət

Azərbaycanda bəzi şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq.
Cagdas.az “oxu.az”a istinadən xəbər verir ki, qanunvericiliyə “avtonom nəqliyyat vasitəsi” anlayışı daxil edilir.
Sözügedən məsələ Milli Məclisdə müzakirəyə çıxarılıb.

Layihədə qeyd olunur ki, “avtonom nəqliyyat vasitəsi” insan müdaxiləsi olmadan və ya minimal müdaxilə ilə ətraf mühiti müəyyən edə və təhlükəsiz şəkildə hərəkət edə bilən nəqliyyat vasitələridir.

Həmçinin avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək üçün sürücülük vəsiqəsi tələb olunmayacaq.

Bundan başqa, bildirilir ki, avtonom nəqliyyat vasitəsinin texniki parametrləri imkan verdiyi halda onun bilavasitə idarə edilməsi zamanı həmin nəqliyyat vasitəsini idarə edən şəxsin müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır.