• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16.8° Weather Columbus
$
1.7
€
1.9741
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Psixiatriya müayinəsinə dair yeni tənzimləmə müəyyənləşir

17 İyun, 26 / 13:21
A A

Psixiatriya müayinəsinə dair yeni tənzimləmə müəyyənləşir.

Cagdas.az xəbər verir ki, bu, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan

“Psixiatriya yardımı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb

“Psixiatriya yardımı haqqında” qanuna əsasən, psixiatriya müayinəsi şəxsin psixi vəziyyətini, psixiatriya yardımına ehtiyacı olub-olmadığını müəyyənləşdirmək, habelə psixiatriya yardımı göstərilməsi barədə qərar qəbul etmək məqsədi ilə həyata keçirilir. Qanunun 17.2-ci maddəsinə görə psixiatriya müayinəsi, habelə profilaktik müayinə şəxsin yaşadığı ərazinin müalicə-profilaktika müəssisələrinin göndərişinə əsasən, eləcə də müayinə olunanın və ya 16 yaşına çatmamış şəxsin valideynlərinin (qanuni nümayəndəsinin) razılığı (xahişi) ilə, həmçinin fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxsin qanuni nümayəndəsinin razılığı (xahişi) ilə aparılır.

İnzibati Xətalar Məcəlləsinin 15-ci maddəsi anlaqsız vəziyyətdə hüquqazidd əməl törədən şəxsin inzibati məsuliyyətini istisna etsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərin psixiatriya müayinəsi ilə əlaqədar prokuror və ya müvafiq səlahiyyətli şəxs tərəfindən qərarın qəbul edilməsi ilə bağlı “Psixiatriya yardımı haqqında” qanunda hər hansı müddəa nəzərdə tutulmayıb.

Ona görə ki, psixi pozuntu vəziyyətində olan şəxsin özünün, habelə başqa şəxslərin sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə sözügedən qanuna 19.2-1-ci və 17.4-cü maddələrin əlavə edilməsi təklif olunur.

Bu xüsusda psixi pozuntu vəziyyətində olan şəxslərin və ya onların qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı qanuna yeni 17.2.5-ci maddənin əlavə edilməsi təklif edilir.

Eyni zamanda bu kateqoriyadan olan şəxslərin məhkəmənin qərarına qədər qeyri-könüllü psixiatriya stasionarına yerləşdirilməsi haqqında həkim-psixiatrın qərarı, psixiatriya müəssisəsinin rəhbəri tərəfindən dərhal həmin şəxslərin yaxın qohumlarına və qanuni nümayəndələrinə, prokurora və ya müvafiq səlahiyyətli şəxsə məlumat verilməsi ilə bağlı qanunun 25.1-ci maddəsinə əlavənin edilməsi nəzərdə tutulur.

Bununla yanaşı layihədə psixi pozuntusu olan şəxsin sağlamlığının vəziyyəti və ona göstərilən psixiatriya yardımı tədbirləri haqqında məlumatların elektron sağlamlıq kartı sistemində saxlanılması, adıçəkilən şəxsə göstərilən yardım tədbirləri barədə məlumatların şəxsin özü tərəfindən elektron sağlamlıq kartı sistemindən əldə edilməsi, həmin şəxsin qanuni nümayəndəsinə isə qeyd olunan məlumatların onun yazılı müraciətindən sonra 2 iş günü ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunması; habelə müalicədən imtina edilməsi ilə bağlı məlumatların elektron sağlamlıq kartı sisteminə daxil edilməsinə dair Qanunun 7.2-ci, 7.5-ci və 10.2-ci maddələrinə müvafiq müddəaların əlavə edilməsi təklif edilir.

 

Göstərilənlərdən əlavə, tibbi xarakterli məcburi tədbirlərə cəlb edilmiş, özünə və ya digərlərinə təhlükə yaradan şəxslərin digər pasiyentlərdən təcrid olunaraq müalicəsi və rejim qaydalarının təmin edilməsi məqsədilə qanuna yeni 12.4-cü və 24.2-1-ci maddələrin əlavə edilməsi nəzərdə tutulur.

Qeyd edilib ki, qanun layihəsinin qəbulu psixiatriya yardımı sahəsində qanunvericilikdə mövcud olan hüquqi boşluqların aradan qaldırılmasına və bu sahədə qaydaların təkmilləşdirilməsinə xidmət edəcək.

Bənzər Xəbərlər

Cəmiyyət

Nabran yolu nə vaxt açılacaq? – FOTO

İyun 17, 2026
Cəmiyyət

“İdrak” liseyində müəllimi güllələyən yeniyetmə ilə bağlı QƏRAR VERİLDİ

İyun 17, 2026
Cəmiyyət

Prezident sərəncam imzaladı

İyun 17, 2026
Cəmiyyət

Pensiya yaşına çatmış həkimlərlə bağlı qərar hazırlanır

İyun 17, 2026
Cəmiyyət

Psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq

İyun 17, 2026
Cəmiyyət

Bu şəxslərin razılığı olmadan belə psixi müayinəyə göndəriləcək

İyun 17, 2026

XƏBƏR LENTİ

Nabran yolu nə vaxt açılacaq? – FOTO

17 İyun, 26 / 15:53

“İdrak” liseyində müəllimi güllələyən yeniyetmə ilə bağlı QƏRAR VERİLDİ

17 İyun, 26 / 15:40

Prezident sərəncam imzaladı

17 İyun, 26 / 15:27

Pensiya yaşına çatmış həkimlərlə bağlı qərar hazırlanır

17 İyun, 26 / 15:13

Psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq

17 İyun, 26 / 14:58

Bu şəxslərin razılığı olmadan belə psixi müayinəyə göndəriləcək

17 İyun, 26 / 14:44

Bu şəxslər təcrid vəziyyətində müalicə olunacaq

17 İyun, 26 / 14:30

Hörmüz boğazından “VIP” keçid planı: ABŞ hərbi gəmilərin mühafizəsi ilə pullu tranzit təklif edir

17 İyun, 26 / 14:16

I sinfə qəbulla bağlı vacib xəbər

17 İyun, 26 / 14:04

Mənzil almaq nə üçün problemə çevrilib? – SƏBƏBLƏR

17 İyun, 26 / 13:50
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.