Son dəqiqə
Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi təsdiqləndi 567 nömrəli marşrutun avtobusları yenilənir Yeni Konstitusiyasız Azərbaycan sülh imzalamayacaq – İrəvan Ermənistan Türkiyə ilə sərhədi bu gün açmağa hazırdır – Spiker GTA 6 satışa çıxmamış rekord qırdı – İnternet trafiki pik həddə çatdı Gəlin dünyanı xilas edək – Azərbaycanlı alimlərdən çağırış Ermənistan Rusiya ilə düşmənçilik etmir – Rubinyan Prezident Vyetnama səfər edəcək Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək

Ermənistanda seçicilərə rüşvət verənlər saxlanılıb

Cəmiyyət

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi ölkədə seçki rüşvəti halları ilə bağlı yeni faktlar aşkar etdiyini açıqlayıb.

Cagdas.az xəbər verir ki, bu barədə “Armenpress” agentliyi məlumat yayıb.

Məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində “Çiçəklənən Ermənistan” Partiyasının nümayəndələrinin Lori vilayətinin Spitak icmasına daxil olan Qoqaran qəsəbəsində və ətraf yaşayış məntəqələrində bir sıra seçicilərə rüşvət verdiyi müəyyən edilib.

İddialara əsasən, seçicilərə parlament seçkilərində həmin partiyaya səs vermələri və tərəfdar toplamaq şərti ilə pul təklif olunub.

Faktla bağlı Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində cinayət işi açılıb. Bir neçə nəfər barəsində həbs qətimkan tədbiri seçilib, həmçinin digər prosessual tədbirlər həyata keçirilib.

Komitə araşdırmaların davam etdiyini bildirib.(modern.az)