• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.8° Weather Columbus
$
1.7
€
1.9741
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Astana tibbi turizm təmsilçiləri Bakıda “Road-show” adlı tədbir keçirib - FOTOLAR

17 İyun, 26 / 17:05
A A

İyunun 16-da Bakıda Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının təşkilatçılığı ilə Qazaxıstanın Astana şəhərində fəaliyyət göstərən səhiyyə və tibbi turizm müəssisələrinin təmsilçilərindən ibarət nümayəndə heyətinin iştirakı ilə “Road-show” adlı tədbir keçirilib.

Azərbaycanın sağlamlıq turizmi nümayəndələri və KİV təmsilçilərinin iştirak etdiyi tədbirdə ölkəmizlə Qazaxıstan arasında səhiyyə, tibbi turizm, reabilitasiya, onkologiya, neyrocərrahiyyə, reproduktiv sağlamlıq, klinik əməkdaşlıq və beynəlxalq pasiyent yönləndirilməsi sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və B2B görüşlərin təşkili ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Tədbirdə çıxış edən Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri Bayel Alim Daurenulı bildirib ki, Azərbaycanla Qazaxıstan arasında yüksək səviyyəli əlaqələr mövcuddur. Dövlət başçıları arasında hər il qarşılıqlı səfərlər həyata keçirilir. İki ölkə təkcə turizm sahəsində deyil, iqtisadiyyatın müxtəlif istiqamətləri və regional marşrutlar üzrə əməkdaşlıq edir. Səfirin sözlərinə görə, son vaxtlar Azərbaycan-Qazaxıstan tibbi turizm əlaqələri də sıxlaşıb və bu tədbir də məhz bunun sübutudur. “Qazaxıstanda bir atalar sözü var: “Birinci zənginlik sağlamlıqdır”. Biz bu deyimi əsas tutaraq tibb sahəsinin inkişafına xüsusi önəm veririk. Hər il dövlət büdcəsindən səhiyyəyə yüksək məbləğdə vəsait ayrılır”.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) İdarə Heyətinin üzvü Aydın Məhərrəmov çıxışına assosiasiyanın iyunun 8-də qəflətən dünyasını dəyişən sədri, ölkə turizminin inkişafında müstəsna xidmətləri olan Ruslan Quliyevin xatirəsini anmaqla başladı. O bildirdi ki, Ruslan müəllimin vəfatı ölkənin bütün turizm cameəsini dərin kədərə boğub: “Bu tədbirə də əziz dostumuzun bizə son əmanəti kimi yanaşdıq və yüksək səviyyədə baş tutmasına çalışdıq. Ruslan Quliyev Azərbaycanın tibbi turizm sahəsini ən yüksək səviyyələrdə və beynəlxalq bazarlarda təbliğ edirdi. Məhz turizmin bu istiqaməti bizə Ruslan müəllimin mirasıdır. Nə qədər çətin də olsa, biz bu mirasa sahib çıxacağıq və onun işini davam etdirəcəyik”.

Aydın Məhərrəmov qeyd edib ki, özü şəxsən Astananın tibb müəssisələrində olub, oradakı imkanlarla yaxından tanışlıq fürsəti əldə edib. “Qazaxıstan tibbi Azərbaycanda yenidir”, – deyən AHTTSA nümayəndəsi bildirib ki, iki ölkə arasında bu sahədə əlaqələr getdikcə güclənəcək.

AHTTSA İdarə Heyətinin digər üzvü Elnarə Cabbarova Azərbaycanla Qazaxıstanın ortaq tarixi və milli köklərə, mədəni irsə, eyni dinə və oxşar dil qrupuna malik olduğunu, bu üzdən də bütün sahələr üzrə çox asan və rahat əməkdaşlıq imkanları əldə etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, tibbi turizm də turizmin bir növüdür. İqtisadiyyatın inkişafına önəm verən ölkələr mütləq bu sahənin də tərəqqisinə çalışırlar, çünki tibbi turizm hazırda dünyada ən çox gəlir gətirən sahələrdən biri hesab olunur.

Çıxışçı deyib ki, ötən il Qazaxıstandan ölkəmizlə müalicə məqsədilə 8 min turist gəlib.

“Astana Tourism” təşkilatının departament rəhbəri Bazarbek Kamysbayev Astana şəhərinin tibbi turizm imkanları barədə ətraflı videotəqdimat edib. Bildirib ki, ötən il paytaxtı 1.5 milyon turist ziyarət edib. Bunun 3 500 nəfərini Azərbaycandan gələnlər təşkil edib ki, onların arasında müalicə məqsədilə gələnlər də var. Astanada mehmanxana təsərrüfatı sürətlə inkişaf edir. Hazırda şəhərdə 50-dən çox dünyada tanınmış brend hotellər zəncirinə daxil olan hotel fəaliyyət göstərir. Astanada çoxsaylı səhiyyə-tibb müəssisələri, o cümlədən neyrocərrahiyyə, ortopedik, ürək-qan-damar sistemi, transplantasiya, reproduktiv sağlamlıq üzrə beynəlxalq səviyyədə ixtisaslaşmış klinika və xəstəxanalar mövcuddur. Qazaxıstan dövləti turizmin inkişafı, ölkənin bu sahədə təbliği istiqamətində çox böyük işlər görür. Təkcə 2026-cı il ərzində Astana şəhərində 1000-dən çox tədbirin keçirilməsi planlaşdırılır ki, bunun də 200-ü beynəlxalq səviyyəlidir.

Tədbir daha sonra müxtəlif təqdimatlar və B2B görüşlərlə davam edib.

Bənzər Xəbərlər

Cəmiyyət

Hərbi xidmətə çağırılanlarla bağlı VACİB MƏLUMAT

İyun 17, 2026
Cəmiyyət

Qanunvericiliyə “frilanser” anlayışı daxil edilir

İyun 17, 2026
Cəmiyyət

Təsisçi və kiçik səhmdarlarla bağlı mühüm dəyişiklik

İyun 17, 2026
Cəmiyyət

Azərbaycanda bu sahədə xarici hüquq tətbiq ediləcək

İyun 17, 2026
Cəmiyyət

Azərbaycanda bəzi mütəxəssislər 20 il gəlir vergisindən azad ediləcəklər

İyun 17, 2026
Cəmiyyət

Qadınların pensiya yaşı ilə bağlı son xəbər: İyulun 1-dən etibarən …

İyun 17, 2026

XƏBƏR LENTİ

Hərbi xidmətə çağırılanlarla bağlı VACİB MƏLUMAT

17 İyun, 26 / 19:11

Qanunvericiliyə “frilanser” anlayışı daxil edilir

17 İyun, 26 / 18:57

Təsisçi və kiçik səhmdarlarla bağlı mühüm dəyişiklik

17 İyun, 26 / 18:42

Azərbaycanda bu sahədə xarici hüquq tətbiq ediləcək

17 İyun, 26 / 18:28

Azərbaycanda bəzi mütəxəssislər 20 il gəlir vergisindən azad ediləcəklər

17 İyun, 26 / 18:14

Qadınların pensiya yaşı ilə bağlı son xəbər: İyulun 1-dən etibarən …

17 İyun, 26 / 17:59

Vergi güzəştləri ilə bağlı YENİLİK

17 İyun, 26 / 17:45

“Qara şüşə” ilə bağlı sürücülərə ekspertdən VACİB açıqlama

17 İyun, 26 / 17:31

İnnovativ və elmi-tədqiqat xərclərinin 250 faizi vergidən çıxılacaq

17 İyun, 26 / 17:16

Astana tibbi turizm təmsilçiləri Bakıda “Road-show” adlı tədbir keçirib - FOTOLAR

17 İyun, 26 / 17:05
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.