• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
15.3° Weather Columbus
$
1.7
€
1.9428
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

TƏCİLİ! Fransada fövqəladə vəziyyət: Qırmızı təhlükə səviyyəsi elan olundu

 

21 İyun, 26 / 13:15
A A

Fransada Milli Musiqi Festivalı (Fête de la Musique) və digər kütləvi tədbirlər zamanı spirtli içkilərin qəbuluna qadağa qoyulub. Buna səbəb ölkədə temperatur rekordlarını qıran anomal isti hava şəraitinin hökm sürməsidir.

Çağdaş.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Baş nazir Sebastyan Lekornunun dəftərxanası küçələrdə keçirilən bütün rəsmi kütləvi tədbirlərə aid xüsusi sərəncam imzalayıb.

Sərəncama əsasən, ictimai yerlərdə spirtli içki qəbulu qadağan edilib.

“Dövlət və onun qurumları tərəfindən təşkil edilən bütün tədbirlərdə spirtli içki təklif olunmaması barədə göstəriş verilib”, – Hökumətdən verilən açıqlamada bildirilib.

Adətən küçələrə milyonlarla insanı cəlb edən ənənəvi “Fête de la Musique” festivalı da bu “quru qanun”un təsir dairəsinə düşüb.

Ötən il təkcə Parisdə bu bayramı qeyd etmək üçün təxminən iki milyon insan küçələrə axışıb. Lakin bu il təşkilatçıların planlarını kəskin isti hava şəraiti alt-üst edib və hökumət ölkənin 35 departamentində ən yüksək – “qırmızı” həyəcan səviyyəsi elan edib.

Meteoroloqların proqnozları isə ürəkaçan deyil. Bu gün, yəni bazar günü, ölkənin cənub-qərbindən Burqundiyaya qədər olan bölgələrdə temperaturun 40 dərəcəyə, bəzi rayonlarda isə hətta 41 dərəcəyə qədər yüksələcəyi gözlənilir.

Rəsmilər bu addımla xəstəxanaların və xilasetmə xidmətlərinin iş yükünü azaltmağı hədəfləyirlər. Spirtli içkilərin satışının və istehlakının məhdudlaşdırılması tibb işçilərinə diqqətlərini daha çox risk qrupuna daxil olan həssas əhali təbəqəsinə yönəltməyə imkan verəcək.

İsti hava dalğası artıq ölkənin bir hissəsində həyatı iflic edib. Relslərin deformasiyaya uğraması təhlükəsi səbəbindən onlarla qatar səfəri təxirə salınıb, bir çox təhsil müəssisələrində dərslər dayandırılıb, kommunal xidmətlər üçün xüsusi iş rejimi tətbiq olunub.

Ən ağır və mürəkkəb vəziyyətin bazar ertəsi günü yaranacağı gözlənilir. Bu səbəbdən Paris meriyası təxirəsalınmaz fövqəladə tədbirlər görüb. Paytaxtın park və bağları gün ərzində (24 saat) açıq olacaq ki, bu da turistlərə və şəhər sakinlərinə gecə saatlarında sərinləmək imkanı yaradacaq. Rəsmilər insanları birbaşa günəş şüalarından qorunmağa və daha çox su içməyə çağırır.

Yaxın günlərdə Qərbi Avropa ölkələrində temperaturun kəskin yüksələcəyi, bəzi yerlərdə havanın temperaturunun hətta 45 dərəyə çatacağı gözlənilir.

Ümumilikdə, 2026-cı ilin yay mövsümünün Avropada təkcə anomal istilərlə deyil, həm də leysan yağışları və su resursları ilə bağlı problemlərlə müşayiət olunacağı ehtimal edilir. Mütəxəssislər builki mövsümdə kəskin hava təzadlarının daha da güclənəcəyi barədə xəbərdarlıq ediblər./Musavat.com/

Bənzər Xəbərlər

Dünya

Bakı bunun əvəzində Köçəryan və Sərkisyanı alır? – İnanılmaz HƏMLƏ

 

İyun 21, 2026
Dünya

ABŞ İrana məxsus milyardlarla dolları geri verir – Qarşılığında nə alacaq?

 

İyun 21, 2026
Dünya

Polşa ilə qalmaqal: ukraynalı nazirdən gözlənilməz ÇIXIŞ

İyun 21, 2026
Dünya

Ebolaya yoluxanların sayı 950-ni keçdi

İyun 21, 2026
Dünya

Kiyevdə LGBT gərginliyi: onlarla şəxs şəhərin mərkəzinə toplaşdı

İyun 21, 2026
Dünya

Ötən gün Hörmüzdən 55 ticarət gəmisi keçib - CENTCOM

 

İyun 21, 2026

XƏBƏR LENTİ

Bakı bunun əvəzində Köçəryan və Sərkisyanı alır? – İnanılmaz HƏMLƏ

 

21 İyun, 26 / 16:04

ABŞ İrana məxsus milyardlarla dolları geri verir – Qarşılığında nə alacaq?

 

21 İyun, 26 / 15:46

Polşa ilə qalmaqal: ukraynalı nazirdən gözlənilməz ÇIXIŞ

21 İyun, 26 / 15:22

Ebolaya yoluxanların sayı 950-ni keçdi

21 İyun, 26 / 15:03

Kiyevdə LGBT gərginliyi: onlarla şəxs şəhərin mərkəzinə toplaşdı

21 İyun, 26 / 14:46

İki rayonumuzda gözlənilməz durum yarandı – sakinlər təəccüb içində/VİDEO

 

21 İyun, 26 / 14:28

1 qəpiyə satılan yumurtanın içindən görün nə çıxdı – VİDEO

 

21 İyun, 26 / 14:10

Ötən gün Hörmüzdən 55 ticarət gəmisi keçib - CENTCOM

 

21 İyun, 26 / 13:52

İlham Əliyev hədəfi açıqladı – yükdaşımadan gəlirlər ikiqat artacaq

 

21 İyun, 26 / 13:34

TƏCİLİ! Fransada fövqəladə vəziyyət: Qırmızı təhlükə səviyyəsi elan olundu

 

21 İyun, 26 / 13:15
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.