Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Polşa ilə ölkəsi arasında yaranan qalmaqal fonunda gərginliyin artmasına qarşı çıxan polyaklara təşəkkür edib.
Çağdaş.Az xəbər verir ki, o, Moskvanı iki ölkənin “ortaq düşməni” adlandırıb.
Nazir qeyd edib ki, bir çox Polşa vətəndaşının mövqeyi gələcəkdə mehriban qonşuluq münasibətlərinin qurulacağına ümid yaradır:
“Biz müdrik xalqlarıq və çətin vəziyyətlərdən çıxış yolu tapmağı bacarırıq. Bizi mürəkkəb tarix, ortaq gələcək və əbədi düşmənimiz Moskvadan gələn təhlükə birləşdirir”.
Bundan əvvəl Polşa Prezidenti Karol Navroçki Ukrayna Prezidenti Volodimir Zelenskiyə verilmiş ölkənin ən ali mükafatı – Ağ Qartal Ordeninin ləğv edildiyini açıqlamışdı.
O, səbəb kimi Ukrayna ordusunun bir briqadasına Polşada Volın qətliamı ilə əlaqələndirilən Ukrayna Üsyançı Ordusunun (UPA) nümayəndələrinin adının verilməsi göstərilib.
Polşa hökumətində isə bu qərarın yalnız Moskvanın maraqlarına xidmət etdiyi bildirilib. Ukraynada qərar tənqid olunub, həmrəylik əlaməti olaraq bir sıra yüksəkvəzifəli şəxslər və keçmiş prezidentlər Polşanın onlara təqdim etdiyi mükafatlardan imtina ediblər. Zelenski də ona verilmiş ordeni poçt vasitəsilə geri göndərdiyini açıqlayıb./Globalinfo.az/
















