Son dəqiqə

İlham Əliyev İordaniya Kralını Azərbaycana dəvət etdi

Manşet

Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseyni ölkəmizə rəsmi səfərə dəvət edib.

Çağdaş.Az xəbər verir ki, bu barədə dövlət başçısı iyunun 21-də İordaniya Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Görüş zamanı Mazen Torki Saud Əl-Qadi İordaniya Kralı II Abdullah ibn Al Hüseynin səmimi salamlarını Azərbaycan Prezidentinə çatdırıb.