Astroloqların fikrincə, şans və inkişaf planeti hesab olunan Yupiterin yeni mövqeyi bəzi bürclərin həyatında mühüm dəyişikliklərə səbəb olacaq.
Çağdaş.Az xəbər verir ki, xüsusilə Şir, Buğa və Qız bürclərinin qarşıdakı dövrdə həm şəxsi, həm də peşəkar həyatlarında yeni imkanlarla qarşılaşacağı bildirilir.
Şir bürcü üçün yeni dövr uğur və diqqət mərkəzində olmaqla xarakterizə olunur. Astroloqlar hesab edirlər ki, bu bürcün nümayəndələrinin liderlik xüsusiyyətləri daha da güclənəcək, iş və sosial həyatda yeni imkanlar yaranacaq. Keçmişdə nəticəsiz qalan cəhdlərin bəhrəsini verməsi, həmçinin şəxsi həyatda gözlənilməz yeniliklərin baş verməsi ehtimal edilir.
Buğa bürcü üçün isə uzun müddət davam edən qeyri-müəyyənliyin sona çatdığı qeyd olunur. Mütəxəssislərin fikrincə, maddi vəziyyətdə sabitlik yaranacaq, riskli addımların yerini uzunmüddətli planlar tutacaq. Eyni zamanda, şəxsi münasibətlərdə də daha sağlam seçimlər etmək imkanı yaranacaq.
Qız bürcünün nümayəndələri üçün əsas dəyişiklik karyera və peşə sahəsində gözlənilir. Astroloqlar bildirirlər ki, keçmişin yükündən qurtulmaq və yeni hədəflərə fokuslanmaq bu bürcə uğur gətirəcək. Yeni əməkdaşlıqlar, vəzifə artımı və beynəlxalq layihələrdə iştirak imkanlarının yaranacağı ehtimal olunur./Sfera.az/
















