• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
29.8° Weather Columbus
$
1.7
€
1.9442
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Maraqlı

Beyni 13 il “cavanlaşdıran” vərdiş məlum oldu

07 İyul, 26 / 23:36
A A

Yeni araşdırma göstərib ki, bir neçə dildə danışmaq beynin qocalmasını əhəmiyyətli dərəcədə ləngidə bilər. Alimlərin qənaətinə görə, nə qədər çox dil öyrənilirsə və buna nə qədər erkən yaşda başlanılırsa, beynin sağlam qalma ehtimalı da bir o qədər artır.

Çağdaş.Az xəbər verir ki, Barselonada keçirilən Avropa Neyroelm Cəmiyyətləri

Federasiyasının konqresində təqdim olunan araşdırma İspaniya, Çili, Argentina və İrlandiyadan olan alimlər tərəfindən aparılıb.

Tədqiqat çərçivəsində çoxdilliliyin geniş yayıldığı Bask bölgəsində yaşayan 728 nəfərin beyin fəaliyyəti süni intellekt vasitəsilə təhlil edilib.

Nəticələr göstərib ki, iki dildə danışanların beyni yalnız bir dildə danışanlarla müqayisədə orta hesabla 6 il daha gənc görünür. Üç dildə danışanlarda bu fərq 7 ilə çatır, dörd və ya daha çox dil bilənlərin beyni isə yaşıdlarından təxminən 13 il daha gənc xüsusiyyətlər nümayiş etdirir.

Bildirilir ki, yaş artdıqca beyin hüceyrələri arasındakı əlaqələr zəifləyir, bu isə yaddaşın zəifləməsinə və düşünmə sürətinin azalmasına səbəb olur. Dil öyrənmək isə bu sinir əlaqələrinin qorunmasına və beynin idrak ehtiyatının güclənməsinə kömək edir.

Araşdırmanın müəlliflərindən doktor Lusiya Amoruso bildirib ki, nəticələr təkcə öyrənilən dillərin sayı ilə bağlı deyil. Onun sözlərinə görə, dili hansı səviyyədə bilmək və ikinci dili erkən yaşlardan öyrənməyə başlamaq da beynin daha uzun müddət gənc qalmasına mühüm təsir göstərir.

Alim vurğulayıb ki, məsələ sadəcə ikidilli və ya çoxdilli olmaqdan ibarət deyil. Dil təcrübəsinin dərinliyi, istifadə müddəti və səriştə səviyyəsi beyin sağlamlığında həlledici rol oynayır.

Araşdırmanı şərh edən Afina Milli və Kapodistrian Universitetinin nevroloqu, professor Kristina Dalla məktəblərdə və həyat boyu dil təhsilinin təşviq edilməsinin vacibliyini qeyd edib.

Onun fikrincə, yeni dil öyrənmək istənilən yaşda beyin sağlamlığını qorumağın ən effektiv üsullarından biridir. (qafqazinfo.az)

Bənzər Xəbərlər

Maraqlı

İyul bu BÜRCLƏR üçün illərin ən yaxşı ayı olacaq

İyul 7, 2026
Maraqlı

Bu həftə üç BÜRC üçün qızıl dağlar vəd edildi

İyul 6, 2026
Cəmiyyət

Məhərrəm ayı nə vaxt başa çatır?

İyul 6, 2026
Maraqlı

Uzun müddət oturmaq ölüm riskini artırır

İyul 6, 2026
Maraqlı

​İnsanların ürəyini oxumağı bacaran 5 bürc

İyul 4, 2026
Maraqlı

Bu BÜRCLƏR tezliklə çoxlu pul qazanacaq

İyul 4, 2026

XƏBƏR LENTİ

NexBirlik ifşa edildi: "Sosial e-ticarət" vədi ilə qurulan yeni maliyyə piramidası - ŞOK FAKTLAR

07 İyul, 26 / 23:55

Beyni 13 il “cavanlaşdıran” vərdiş məlum oldu

07 İyul, 26 / 23:36

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

07 İyul, 26 / 23:20

Rusiyada azərbaycanlı miqrantlar üçün YENİ DÖVR

 

07 İyul, 26 / 23:02

Avropa ruslara viza verməkdən imtina etdi

07 İyul, 26 / 22:47

Paşinyan vaxt qazanmağa çalışır - ŞOK İDDİA

07 İyul, 26 / 22:30

Ukraynadan Polşaya xəbərdarlıq: "Heç kim bizimlə ultimatumla danışa bilməz" – VİDEO

07 İyul, 26 / 22:12

Bank kreditlərinə alternativ gəlir – Yeni qanun minlərlə gəncə yol aça bilər

07 İyul, 26 / 21:54

Dünyada yayılmışdı, Azərbaycanda da oldu: Minlərlə insanı sevindirəcək QANUN

07 İyul, 26 / 21:38

Azərbaycanda ət qadağası: Qiyməti bahalaşdıracaq

07 İyul, 26 / 21:20
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.