• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.8° Weather Columbus
$
1.7
€
1.9452
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Zəngəzur dəhlizi TƏHLÜKƏDƏ – Moskva gör NƏ tələb edir…

11 İyul, 26 / 13:16
A A

ABŞ rəsmiləri İran ərazisinə yeni hücum dalğasının və Tehranın cavab hücumlarının bir aya qədər davam edə biləcəyini bildiriblər. Bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

“Gözləntimiz ondan ibarətdir ki, TRIPP (“Tramp marşrutu”) layihəsi ilə bağlı yaxın vaxtlarda yeni xəbərlər olacaq”.

Bunu isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 9 İyul – Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı ilə əlaqədar Fəxri xiyabanı ziyarəti sonrası jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, TRIPP layihəsi istiqamətində ilk danışıqlar ABŞ və Ermənistanla aparılır. “Lakin marşrutun həm giriş, həm də çıxış hissəsi Azərbaycan ərazisindədir. Ona görə amerikalı həmkarlarımız tərəfindən layihənin gedişi ilə bağlı məlumatlandırılırıq. Hazırda sənədləşmənin hazırlanması işləri aparılır. Gözləntimiz ondan ibarətdir ki, bununla bağlı yaxın vaxtlarda yeni xəbərlər olacaq”.

Bəs müharibənin uzanması “Tramp yolu”nun açılmasını yubada bilərmi? Nəzərə alaq ki, Tehran tez-tez bu logistikanın əleyhinə bəyanatlar verir. Sonuncu dəfə İrəvandakı iranlı səfir dəhlizlə bağlı tikanlı ifadələr işlətmişdi.
Bu arada “Hraparak” erməni qəzeti yazıb ki, Moskva Paşinyan hökumətini Rusiya ilə AB arasında qəti seçim etməyə sövq edir. “Onları hətta Samvel Karapetyan və Qagik Çarukyanın taleyi də maraqlandırmır. Yeganə tələb TRİPP layihəsindən imtina etmək və Aİİ ilə oyun oynamaqdan əl çəkməkdir”, – məqalədə qeyd olunur.

ABŞ-İran savaşı, Kremlin təhdidi Zəngəzur dəhlizi üçün nə vəd edir?

Siyasi ekspert Heydər Oğuzun fikrincə, əksinə, baş verənlər Zəngəzur dəhlizinin açılmasını tezləşdirəcək. Onun sözlərinə görə, İranda son vurulan yerlərdən biri Çinə və Rusiyaya gedən strateji yol olub: “Bu yol İranı həm Rusiyaya, həm də Qazaxıstana, Türkmənistana və Çinə bağlayan logistikadır. Bu da Orta dəhlizə alternativ yoldur. Vurulan yerlərdən biri isə Çabahar limanıdır. Bu da İranın dünyaya açılan yoldur. Həmçinin Hörmüz boğazını dayandırıb Hicaz yolunu açmaq istəyirlər. Bu yol Səudiyyə Ərəbistanı, İordaniya, Suriya və Türkiyəyə aparır. Beləliklə, bu addımlar ənənəvi yolların aradan qaldırılmasına hesablanıb. Ümumiyyətlə, ABŞ bu zərbələrlə qlobal dəhlizləri dəyişərək yeni nizam qurur. Ona görə də bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək”.

H.Oğuz hesab edir ki, İran bundan sonra Zəngəzur dəhlizi ilə dünyaya açılmağa məhkumdur: “Dünənə qədər Tehran bu koridorun açılmasına etiraz edirdi, indi isə səsi çıxmayacaq. Çünki özünün o yolları bağlanır. Bundan sonra İranın İraqla ciddi problemləri də olacaq. Ona görə əlaqələri kəsilməkdə olan İran üçün Zəngəzur dəhlizindən başqa yol qalmır. Türkiyəyə yol çəkə bilər, amma bu da ağır və xərcli işdir”.

Siyasi ekspertin fikrincə, son zərbələr İranın beynəlxalq layihələrdən məhrum edilməsinə hədəflənmişdi: “Buna da nail oldular. Əsas səbəb marşrutları dəyişmək, İranın təsirindən çıxarmaq, İsrail və ərəblərə alternativ yollar verməkdir. Artıq İranla müharibənin mahiyyəti məhz logistikalarla bağlıdır. İranın əl-qolunun bağlanması isə Azərbaycana faydadır”./musavat.com

Bənzər Xəbərlər

Cəmiyyət

Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır

İyul 11, 2026
Cəmiyyət

Ucuz torpaq sahələri satışa çıxarıldı: Sotu 162 manata…

İyul 11, 2026
Cəmiyyət

İnsanlar 500 il yaşaya biləcək – Dünya dəyişir

İyul 11, 2026
Cəmiyyət

İki qonşuda savaş – sərhədlər BU TARİXƏDƏK açılmayacaq

İyul 11, 2026
Cəmiyyət

Yayda bu qidalar zəhərlənmə riskini artırır – Diqqətli olun

İyul 11, 2026
Cəmiyyət

Polis son sutkada 83 axtarışda olan şəxsi saxladı

İyul 11, 2026

XƏBƏR LENTİ

Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır

11 İyul, 26 / 14:44

Ucuz torpaq sahələri satışa çıxarıldı: Sotu 162 manata…

11 İyul, 26 / 14:20

İnsanlar 500 il yaşaya biləcək – Dünya dəyişir

11 İyul, 26 / 13:58

İki qonşuda savaş – sərhədlər BU TARİXƏDƏK açılmayacaq

11 İyul, 26 / 13:37

Zəngəzur dəhlizi TƏHLÜKƏDƏ – Moskva gör NƏ tələb edir…

11 İyul, 26 / 13:16

Peyk görüntüləri üzə çıxardı – İranın nüvə obyektlərində təmir gedir

11 İyul, 26 / 12:53

Yayda bu qidalar zəhərlənmə riskini artırır – Diqqətli olun

11 İyul, 26 / 12:32

Polis son sutkada 83 axtarışda olan şəxsi saxladı

11 İyul, 26 / 12:11

Misli görünməmiş uğur qazanacaq bürclər

11 İyul, 26 / 11:49

Azərbaycan XİN Monqolustanı təbrik etdi

11 İyul, 26 / 11:28
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.