• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.7° Weather Columbus
$
1.7
€
1.9452
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

İki qonşuda savaş – sərhədlər BU TARİXƏDƏK açılmayacaq

11 İyul, 26 / 13:37
A A

Hazırda Azərbaycanın iki böyük qonşusu münaqişə vəziyyətindədir. Eyni anda şimal qonşumuz Rusiyanın dərinlikləri, həmçinin, cənub qonşumuz İranın hərbi obyektləri bombalanır. İlk dəfədir ki, hər iki sərhədimizdə müharibələr gedir. Bu da Azərbaycanın quru sərhədlərini qapalı saxlamağa gətirib çıxarıb. Azərbaycan təhlükəsizliyi əsas gətirərək quru sərhədləri açmır. Artıq 6 ildir ki, bu vəziyyət davam edir.

Bəzi ekspertlərə görə, bu böhran azı daha 4 il davam edə bilər. O deməkdir ki, 2030-cu ilə qədər quru sərhədlərimizin açılması sual altındadır.

Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu ilin yanvarında “The National” nəşrinə müsahibəsində hər iki müharibəyə toxunmuşdu. Prezidentin köməkçisi bildirmişdi ki, Cənubi Qafqazın enerji mənbələri ilə zəngin dövləti olan Azərbaycan özünü İran və Rusiya arasında “iki dünya müharibəsi arasında” sıxılmış kimi hiss edir.

Bu baxımdan hər iki qonşuda davam edən müharibə və eskalasiya şəraiti sərhədlərin 2030-cu ilədək qapalı qalmasına gətirib çıxara bilərmi?

Cagdas.az  xəbər verir ki ,deputat Naqif Həmzəyev Musavat.com-a bildirib ki, hazırkı vəziyyət doğrudan da az təsadüf edilən bir konfiqurasiyadır: “Azərbaycanın quru sərhədlərinin bağlı olmasının ən əsas səbəbləri xarici təhlükələr və milli təhlükəsizlik məsələləridir. Həqiqətən də Azərbaycan iki böyük müharibə edən qonşu dövlətlərin ərazisində baş verən müharibələr fonunda öz milli təhlükəsizliyini və sərhədlərinin toxunulmazlığını uğurla təmin edib. Ancaq bu o demək deyil ki, biz quru sərhədlərin daim bağlı saxlanılmasında maraqlıyıq. Sadəcə, vəziyyətdən ən doğru və yeganə çıxış yolu budur. Əgər Ermənistanla sülh imzalanıb TRIPP işə düşsə, bölgə əlaqələndirici mərkəzə çevrilə, ümumi sərhəd siyasətinin yumşalmasına psixoloji-siyasi zəmin yarada bilər. Amma bu, dolayı və qeyri-müəyyən təsirdir, birbaşa səbəb-nəticə əlaqəsi deyil”.

Onun sözlərinə görə, Ermənistanla sülh ən çox elə bu istiqamətdəki sərhədi (və Zəngəzur marşrutunu) aça bilər: “ Amma Rusiya və İranla sərhədlərin 2020-dən bəri bağlı qalması ayrı bir məsələdir və bunun açılması daha çox o iki müharibənin taleyindən asılı olaraq qalacaq. Bakı-Tiflis-Bakı gündəlik sərnişin qatarı 26 may 2026-cı ildən, yəni 6 illik fasilədən sonra bərpa olunub. Bu, Bakı-Tiflis-Qars xəttinin modernləşməsinin tamamlanması ilə üst-üstə düşüb. Bu addım dərhal “Bəs Rusiya” sualını gündəmə gətirib. Amma fərq ondadır ki, Gürcüstanla əksinə, Rusiya hazırda müharibə şəraitindədir. Ukrayna Rusiyanın dərinliklərinə davamlı PUA zərbələri endirir, bu da sərnişin qatarının uzun müddət Rusiya ərazisindən keçməsini (təyyarədən fərqli olaraq, marşrutu operativ dəyişmək mümkün olmayan bir nəqliyyat vasitəsi kimi) təhlükəsizlik baxımından daha riskli edir.

Bununla belə, konkret irəliləyiş var. Azərbaycan, Rusiya və İran dəmir yolu administrasiyaları arasında “Şimal-Cənub” dəhlizi çərçivəsində son həftələrdə keçirilən görüşlərdə yükdaşıma və Astara terminalının genişləndirilməsi müzakirə olunub. Bu, birbaşa sərnişin daşımasına dair qərar deyil. Azərbaycan-Rusiya gömrük xidmətləri rəhbərləri də son görüşlərində sərhəd-keçid infrastrukturunun sinxronlaşdırılmasını müzakirə edib, amma rəsmi açıqlamada sərnişin keçidinin bərpasına dair konkret tarix yoxdur. Ən çox güman edilən yol, əvvəlcə hava nəqliyyatı, sonra qatar modelidir. Bakı-Moskva aviareysləri onsuz da fəaliyyətdədir. Ona görə mütəxəssislər “əgər təyyarə varsa, qatar da mümkündür” məntiqini önə çəkir. Amma müharibənin intensivliyi (xüsusən Rusiya dərinliklərinə zərbələr davam etdiyi müddətdə) sərnişin qatarı üçün əlavə əngəldir. Bu, Gürcüstan kimi sadə “COVID-dən sonra normallaşma” məsələsi deyil”.

Deputat quru sərhədlərin mərhələli şəkildə açılacağını görür: “Əvvəlcə Gürcüstanı nümunə göstərək. Təhlükəsiz qonşudur, artıq bu baş verib. Beləliklə, Gürcüstan presedenti göstərir ki, Bakı sərhədləri hamısı birdən deyil, ölkə-ölkə, təhlükəsizlik qiymətləndirməsinə görə açmaq niyyətindədir. Bu da Rusiya istiqamətinin nəzəri cəhətdən mümkün, amma müharibənin gedişatından asılı olaraq təxirə salınan növbəti addım olduğunu göstərir”.(Referans Media)

Bənzər Xəbərlər

Cəmiyyət

Bəzi sertifikasiya suallarını şagirdlər də cavablandıra bilərdi – AÇIQLAMA

İyul 11, 2026
Cəmiyyət

Tarix müəllimləri niyə sertifikasiyada uğursuz oldu? – Ekspert

İyul 11, 2026
Cəmiyyət

Zakir Həsənov Ərdoğanla birlikdə kursantların buraxılış mərasimində

İyul 11, 2026
Cəmiyyət

Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır

İyul 11, 2026
Cəmiyyət

Ucuz torpaq sahələri satışa çıxarıldı: Sotu 162 manata…

İyul 11, 2026
Cəmiyyət

İnsanlar 500 il yaşaya biləcək – Dünya dəyişir

İyul 11, 2026

XƏBƏR LENTİ

Bəzi sertifikasiya suallarını şagirdlər də cavablandıra bilərdi – AÇIQLAMA

11 İyul, 26 / 15:54

Tarix müəllimləri niyə sertifikasiyada uğursuz oldu? – Ekspert

11 İyul, 26 / 15:33

Zakir Həsənov Ərdoğanla birlikdə kursantların buraxılış mərasimində

11 İyul, 26 / 15:10

Qadın güləşçimiz Avropa çempionu oldu

11 İyul, 26 / 15:10

Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır

11 İyul, 26 / 14:44

Ucuz torpaq sahələri satışa çıxarıldı: Sotu 162 manata…

11 İyul, 26 / 14:20

İnsanlar 500 il yaşaya biləcək – Dünya dəyişir

11 İyul, 26 / 13:58

İki qonşuda savaş – sərhədlər BU TARİXƏDƏK açılmayacaq

11 İyul, 26 / 13:37

Zəngəzur dəhlizi TƏHLÜKƏDƏ – Moskva gör NƏ tələb edir…

11 İyul, 26 / 13:16

Peyk görüntüləri üzə çıxardı – İranın nüvə obyektlərində təmir gedir

11 İyul, 26 / 12:53
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.