Azərbaycanda iyulun 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi ərazilərdə isə küləyin güclənəcəyi gözlənilir.
Cagdas.az xəbər veriri ki Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Şimal-qərb küləyi arabir güclənəcək.
Paytaxtda havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz isə 30-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz arasında dəyişəcək.
Rayonlarda da əksər ərazilərdə əsasən yağmursuz hava gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, şimşək, ayrı-ayrı yerlərdə isə dolu ehtimalı var.
Bəzi dağlıq ərazilərdə gecə və səhər saatlarında duman müşahidə oluna bilər. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu rayonlarda gecə 20-25 dərəcə isti, gündüz 33-38 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 13-18 dərəcə, gündüz 23-28 dərəcə isti, bəzi yerlərdə 32 dərəcəyə yaxın isti hava gözlənilir.
















