• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
28.6° Weather Columbus
$
1.7
€
1.9452
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Ermənistanın gizli planı Tovuzda belə darmadağın edildi – 6 il əvvəl baş verənlər

12 İyul, 26 / 19:10
A A

2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri Azərbaycanın hərb tarixində dönüş nöqtələrindən biri oldu. Bu döyüşlər xalqın həmrəyliyini və ordunun gücünü nümayiş etdirərək, sonrakı Vətən müharibəsinə gedən yolda mühüm mərhələ kimi tarixə düşüb.

Tovuz döyüşlərindən çıxarılan əsas dərslər bu gün ölkənin müdafiə siyasətində necə öz əksini tapır?

Çağdaş.Az xəbər verir ki, Globalinfo.az-a danışan Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib ki, Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlər sonradan başlayan 44 günlük Vətən müharibəsindən əvvəl təhlükəsizlik mühitinə, ictimai rəyə və hərbi hazırlığa mühüm təsir göstərdi:

“Tovuz rayonu Azərbaycan-Ermənistan dövlət sərhədinin 69 kilometrini əhatə edir və strateji mövqedə yerləşir. Bu ərazidən Bakı-Tbilisi-Qars dəmir yolu, enerji və digər mühüm kommunikasiya xətləri keçir. Ermənistan strateji əhəmiyyətinə görə bu istiqamətdə dəfələrlə təxribat törətməyə və yüksəklikləri ələ keçirməyə cəhd göstərib. 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində Qaraqaya yüksəkliyi ətrafında təxribat törətdi. Məqsəd strateji yüksəklikləri ələ keçirərək Tovuz və ətraf ərazilərə nəzarəti təmin etmək idi. Lakin Azərbaycan Ordusu bütün cəhdlərin qarşısını qətiyyətlə aldı. Döyüşlər zamanı sərhəd kəndlərinin sakinləri öz doğma torpaqlarını tərk etmədilər. Əksinə, Azərbaycanın müxtəlif bölgələrindən insanlar Tovuza gələrək orduya və əhaliyə dəstək göstərdilər. Dövlət qurumları, hüquq-mühafizə və xüsusi xidmət orqanları üzərlərinə düşən vəzifələri peşəkarlıqla yerinə yetirdi, Ali Baş Komandanın əmrləri dəqiq icra olundu”.

Komitə sədri qeyd edib ki, Ermənistanın məqsədlərindən biri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etmək idi:

“Lakin Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq Azərbaycan yalnız öz sərhədləri daxilində hərəkət etdi və bu plan baş tutmadı. Döyüşlər Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini artilleriya atəşinə tutması ilə başladı. Bundan əvvəl də Ermənistan son iki gün ərzində atəşkəsi 105 dəfə pozmuşdu. Ordumuz düşmənin hücumunun qarşısını aldı və bununla 44 günlük Vətən müharibəsində qazanılacaq qələbənin əsasını qoydu. Ermənistan ordusu haqqında formalaşdırılan miflər də məhz bu döyüşlərdə ciddi zərbə aldı”.

Arzu Nağıyev əlavə edib ki, sonradan həyata keçirilən antiterror tədbirləri nəticəsində Xankəndidə Azərbaycan bayrağı ucaldıldı:

“Bununla Azərbaycan həm döyüş meydanında qələbə qazanmağa, həm də azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparmağa qadir olduğunu nümayiş etdirdi. Tovuz döyüşlərinin əhəmiyyəti bir neçə istiqamətdə özünü göstərdi. Hərbi baxımdan dövlət sərhədinin etibarlı müdafiəsi, komandanlığın operativ idarəetmə və hazırlıq səviyyəsi sınaqdan uğurla çıxdı. Siyasi baxımdan isə Tovuzun beynəlxalq enerji və nəqliyyat dəhlizlərinə yaxın yerləşməsi bu döyüşlərin geosiyasi əhəmiyyətini artırdı. İctimai baxımdan döyüşlər zamanı şəhid olan hərbçilər, o cümlədən yüksək rütbəli zabitlər cəmiyyətdə böyük rezonans yaratdı, xalqın həmrəyliyi və orduya dəstəyi daha da gücləndi. Bu döyüşlərdən sonra sərhəd müdafiəsinin möhkəmləndirilməsi, müşahidə imkanlarının artırılması, mühəndis istehkamlarının qurulması, kəşfiyyat, pilotsuz uçuş aparatları, elektron mübarizə vasitələri və digər müasir texnologiyaların tətbiqinə xüsusi diqqət yetirildi. Tovuz hadisələri göstərdi ki, hərbi planlaşdırmada yalnız cəbhə xətti deyil, strateji infrastrukturun təhlükəsizliyi də əsas prioritetlərdəndir. Bir sözlə, Tovuz döyüşləri Azərbaycanın təhlükəsizlik siyasətində sərhəd müdafiəsinin, operativ hazırlığın, müasir texnologiyaların və strateji infrastrukturun mühafizəsinin əhəmiyyətini bir daha ortaya qoydu. Eyni zamanda, Ali Baş Komandanın qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun peşəkarlığı və xalqın birliyi sonrakı tarixi qələbələrin əsasını təşkil etdi”.

Hərbi ekspert Ədalət Verdiyev isə bildirib ki, Tovuz döyüşləri Azərbaycan Ordusunun tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan döyüşlərdən biridir:

“Ermənistan silahlı birləşmələrinin dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatların qarşısını almaq məqsədilə keçirilən bu əməliyyatlar ordumuzun böyük qələbəyə doğru irəliləməsində mühüm rol oynadı. Aprel döyüşləri, Naxçıvanda həyata keçirilən Günnüt əməliyyatı və Tovuz döyüşləri Azərbaycan Ordusunun yüksək döyüş potensialını bir daha nümayiş etdirdi. Məhz bu döyüşlər nəticəsində Azərbaycan mühüm uğurlar əldə etdi. Ermənistan Tovuz döyüşləri zamanı Azərbaycanı KTMT ilə qarşı-qarşıya gətirməyə çalışırdı. Lakin döyüşlərin dövlət sərhədində getməsinə baxmayaraq, KTMT-yə üzv ölkələrdən heç biri Azərbaycanı qınamadı. Əksinə, Ermənistanın təxribat törətdiyini bildirərək rəsmi İrəvanı tənqid etdilər”.

Ekspert vurğulayıb ki, Tovuz döyüşləri Azərbaycanın hərb tarixində zəfərə aparan mühüm döyüşlərdən biri kimi xüsusi yer tutur:

“Ermənistan bu təxribat nəticəsində növbəti dəfə ağır məğlubiyyətə və ciddi itkilərə məruz qaldı. Onlarla hərbi obyekti məhv edildi, yüzdən çox hərbçisini itirdi. Bununla yanaşı, Ermənistan rəhbərliyi itkilərin həqiqi miqyasını ictimaiyyətdən gizlətməyə çalışdı. Bu döyüşlərdə Azərbaycan Ordusunun şəxsi heyəti böyük igidlik nümayiş etdirdi və həm Ermənistana, həm də onun havadarlarına istənilən təxribatın qarşısını qətiyyətlə almağa qadir olduğunu bir daha göstərdi. Tovuz döyüşləri zamanı ilk dəfə olaraq Azərbaycan Silahlı Qüvvələrinin general və mayor rütbəli hərbçiləri şəhid oldular.

Ümumilikdə, bu hadisələri beynəlxalq ictimaiyyət və Azərbaycan rəhbərliyi Ermənistanın növbəti təxribatı kimi qiymətləndirdi. Bu gün Azərbaycan Ordusu Tovuz döyüşlərində şəhid olan hərbçilərinin xatirəsini ehtiramla yad edir. Tovuz döyüşləri eyni zamanda, işğal altındakı torpaqların azad olunması ilə bağlı cəmiyyətdə güclü ictimai iradə formalaşdırdı. Xalq–ordu–dövlət birliyi daha da möhkəmləndi və sonradan Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Bu baxımdan, Tovuz döyüşləri ölkəmizi Zəfərə aparan yolun ən mühüm mərhələlərindən biri oldu”.

Bənzər Xəbərlər

Cəmiyyət

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəliblər

İyul 12, 2026
Cəmiyyət

Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI

İyul 12, 2026
Cəmiyyət

Azərbaycanda tanınmış musiqiçi VƏFAT ETDİ

İyul 12, 2026
Cəmiyyət

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir

İyul 12, 2026
Cəmiyyət

Azərbaycan bu ölkədən 9 mindən çox qoyun aldı

İyul 12, 2026
Cəmiyyət

MN məlumat yaydı

İyul 12, 2026

XƏBƏR LENTİ

Putinin sentyabra qədər “imkan pəncərəsi” qalıb – Sonra stavkalar kəskin artacaq

12 İyul, 26 / 22:06

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəliblər

12 İyul, 26 / 21:48

AI uğrunda rekord sərmayə: Dünyanın ən böyük texnologiya şirkətləri rəqabəti artırır

12 İyul, 26 / 21:30

Qlobal ərzaq böhranı xəbərdarlığı: “Super El-Ninyo” qiymətləri rekord həddə çatdıra bilər

12 İyul, 26 / 21:16

Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI

12 İyul, 26 / 21:01

5 komissiya, 55 il davam edən araşdırma... – Kirovun qətlinin AÇILMAYAN SİRRİ

12 İyul, 26 / 20:43

Şəkəri tam kəsmək risklidir – Yeni araşdırmadan diqqətçəkən nəticələr

12 İyul, 26 / 20:24
Iran's national flag waves as Milad telecommunications tower and buildings are seen in Tehran, Iran, Tuesday, March 31, 2020. In recent days, Iran which is battling the worst new coronavirus outbreak in the region, has ordered the closure of nonessential businesses and banned intercity travels aimed at preventing the virus' spread.   (AP Photo/Vahid Salemi)

İranın addımlarına ərəb ölkəsindən SƏRT REAKSİYA

12 İyul, 26 / 20:04

Polşa Ukraynaya qırıcılar vermək üçün şərt qoydu

12 İyul, 26 / 19:46

Atasını hakimiyyətdən devirdi, sonradan özü də istefa verdi - SENSASİYALI FAKTLAR

12 İyul, 26 / 19:33
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.