• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.4° Weather Columbus
$
1.7
€
1.9387
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

İlham Əliyev: Donald Tramp sülhsevər və sülhü gətirə biləcək insandır – YENİLƏNİB

13 İyul, 26 / 12:49
A A
Prezident Donald Tramp sülhsevər və sülhü gətirə biləcək insandır.

Cagdas.az  xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.

Dövlət başçısı təəssüflə qeyd edib ki, 30 il davam edən işğal dövründə ABŞ administrasiyası və Minsk Qrupu həmsədrlərinin əsas məqsədləri o idi ki, bu münaqişə (Ermənistanla Azərbaycan arasında – red.) dondurulsun:

“Halbuki bu istiqamətdə BMT-nin qətnamələri var idi, amma onların məqsədi bu məsələni dondurmaq idi. Onlar birgə sinxron şəkildə çalışırdılar, Minsk Qrupunun fəaliyyəti münaqişənin həlli deyildi, əksinə, işğalı müddətsiz etmək idi”.

İlham Əliyev vurğulayıb ki, Donald Trampın yanaşması fərqli idi, o, sülhsevər və sülhü gətirə biləcək insandır:

“O, dünyanın müxtəlif bölgələrində artıq 8 müharibəni dayandırıb. Bu onun baxışı, təbiəti və siyasətidir. Azərbaycan-Ermənistan məsələsində də onun rolu çox vacib idi, çünki Azərbaycan və Ermənistan danışıqların yekun mərhələsində olarkən Tramp və onun komandası elə bir çərçivə yaratdı ki, sülh mümkün oldu. Onlar bizim narahatlıqlarımızı başa düşürdülər, dərk edirdilər ki, Zəngəzur dəhlizi vacib layihədir. Çünki bu, Azərbaycanın özünü Naxçıvan bölgəsi ilə birləşdirəcək. Bir sözlə, onlar çox səmərəli şəkildə işlədilər, Ermənistana da izah etdilər ki, bu sülh onlara da lazımdır”.

***

Azərbaycan-ABŞ münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb.

Cagdas.az  xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.

Dövlət başçısı Prezident Donald Trampla həm ötən ilin avqustunda Vaşinqtondakı, həm bu ilin yanvarında Davosdakı görüşlərini və Vitse-prezident Cey Di Vensin Azərbaycana səfərini xatırladaraq iki ölkə arasındakı münasibətlərə toxunub:

“Bütün bu meyarlar nümayiş etdirir ki, Azərbaycan-ABŞ münasibətləri hazırda pik səviyyədədir. Bu cür münasibətə biz heç vaxt nail olmamışdıq. Biz strateji tərəfdaşlıq bəyannaməsinin bütün müddəalarının həyata keçirilməsinə çalışırıq”.

Prezident deyib ki, ABŞ Azərbaycana silahların çatdırılması ilə bağlı bütün məhduduyyətləri aradan qaldırıb, eyni addım Birləşmiş Krallıq və Aİ üzvləri tərəfindən tətbiq edilib:

“Düşünürəm ki, bu, ikitərəfli münasibətimizin bütün ruhunu əks etdirir və gələcəyə doğru inkişaf potensialımızı göstərir”.

 

Bənzər Xəbərlər

Cəmiyyət

Bayden Azərbaycana qarşı sanksiyaların təşəbbüskarlarından biri olmuşdu – Prezident

İyul 13, 2026
Cəmiyyət

Biz Suriyadan qonşu ölkələrə qaz nəql edə bilərik

İyul 13, 2026
Cəmiyyət

Xarici təchizatçılar üçün yeni güzəşt

İyul 13, 2026
Cəmiyyət

Gömrükdən keçirilən mallar üçün yeni sənəd tələbi

İyul 13, 2026
Cəmiyyət

Psixiatriya yardımı ilə bağlı yeni tələblər tətbiq olunur

İyul 13, 2026
Cəmiyyət

ƏDV depozit hesabındakı vəsaitlərin istifadəsi genişləndirilir

İyul 13, 2026

XƏBƏR LENTİ

Bayden Azərbaycana qarşı sanksiyaların təşəbbüskarlarından biri olmuşdu – Prezident

13 İyul, 26 / 16:07

Biz Suriyadan qonşu ölkələrə qaz nəql edə bilərik

13 İyul, 26 / 15:52

Xarici təchizatçılar üçün yeni güzəşt

13 İyul, 26 / 15:37

Gömrükdən keçirilən mallar üçün yeni sənəd tələbi

13 İyul, 26 / 15:23

İran ABŞ-ın hücumları ilə bağlı AÇIQLAMA YAYDI: "Bu, müharibə cinayətidir"

13 İyul, 26 / 15:08

İsrail Şərqi Qüdsdə işğalı genişləndirir: Daha 450 qanunsuz yaşayış evi tikiləcək

13 İyul, 26 / 14:52

Avropa ölkəsindən yeni viza QƏRARI: Qapılar 62 ölkəyə açıldı

13 İyul, 26 / 14:36

Psixiatriya yardımı ilə bağlı yeni tələblər tətbiq olunur

13 İyul, 26 / 14:20

ƏDV depozit hesabındakı vəsaitlərin istifadəsi genişləndirilir

13 İyul, 26 / 14:08

Milli Məclisin iclası keçirilir

13 İyul, 26 / 13:56
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.