• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
27.8° Weather Columbus
$
1.7
€
1.9387
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“Kraudfandinq” sözünə etiraz edildi – parlamentdə debat

13 İyul, 26 / 16:37
A A

Milli Məclisdə müzakirəyə çıxarılan “Kraudfandinq haqqında” qanun layihəsinin adı deputatlar arasında müzakirəyə səbəb olub.

Cagdas.az  xəbər verir ki, plenar iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanun layihəsi Azərbaycan qanunvericiliyinə yeni beynəlxalq hüquqi anlayışlar gətirir və bu terminlərin dəyişdirilməsi məqsədəuyğun deyil.

Onun sözlərinə görə, bu anlayışlar beynəlxalq praktikada istifadə olunur və qanunda onların izahı verildiyi üçün əlavə tərcüməyə ehtiyac yoxdur. Əli Hüseynli qeyd edib ki, terminlərin dəyişdirilməsi qanunun effektiv tətbiqinə mane ola bilər.

Deputat Hikmət Babaoğlu isə bu yanaşma ilə razılaşmayaraq “Kraudfandinq haqqında” qanunun adının dəyişdirilməsini təklif edib. O bildirib ki, “kraudfandinq” termini vətəndaşlar üçün kifayət qədər anlaşılan deyil və onun əvəzinə “kollektiv maliyyələşdirmə” və ya “ictimai maliyyələşdirmə” ifadələrinin işlədilməsi daha məqsədəuyğun olardı.

Deputat vurğulayıb ki, xarici terminlərin sürətlə dilə daxil olması Azərbaycan dilinə təsir göstərir. Onun fikrincə, qanunların adı və terminologiyası vətəndaşların rahat başa düşəcəyi formada olmalıdır.

Hikmət Babaoğlu qanun layihəsinin “İctimai maliyyələşdirmə haqqında” və ya “Kollektiv maliyyələşdirmə haqqında” adlandırılmasını təklif edib.

Deputat Aydın Mirzəzadə də bu təklifə dəstək verərək bildirib ki, qanunun adı daha sadə və anlaşılan olmalıdır. O, layihənin “Özəl təşəbbüsə maliyyə dəstəyi qurumları haqqında” adlandırılmasını təklif edib.

Aydın Mirzəzadə qeyd edib ki, qanun kiçik sahibkarlar üçün nəzərdə tutulduğundan istifadə olunan terminlər onların asan başa düşəcəyi dildə olmalıdır. O bildirib ki, kraudfandinq riskli maliyyələşdirmə mexanizmi olduğundan iştirakçılar bu risklər barədə əvvəlcədən məlumatlandırılmalı, onların hüquqları qanunda daha dəqiq tənzimlənməlidir. Deputat eyni zamanda qanunun geniş şəkildə təbliğ edilməsinin vacibliyini də vurğulayıb.

Müzakirələr zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov isə qanun layihəsinin adının dəyişdirilməsinin məqsədəuyğun olmadığını bildirib. Onun sözlərinə görə, beynəlxalq terminləri tam milliləşdirmək cəhdləri qanunun mahiyyətinin təhrif olunmasına səbəb ola bilər.

Azər Əmiraslanov qeyd edib ki, “kraudfandinq” anlayışındakı “crowd” sözü “kütləvi” mənasını ifadə edir və bunun “kollektiv” və ya “ictimai maliyyələşdirmə” kimi təqdim edilməsi eyni məzmunu əks etdirmir. O vurğulayıb ki, belə dəyişikliklər qanun layihəsinin mahiyyəti ilə bağlı anlaşılmazlıq yarada bilər.

Komitə sədri əlavə edib ki, beynəlxalq leksikonda qəbul edilmiş terminlərin olduğu kimi saxlanılması daha məqsədəuyğundur. Onun fikrincə, bu, qanunun gələcəkdə beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilməsi zamanı da hər hansı anlaşılmazlığın yaranmasının qarşısını alacaq. Azər Əmiraslanov bununla yanaşı, səsləndirilən təkliflərə görə deputatlara təşəkkürünü bildirib.

 

Bənzər Xəbərlər

Cəmiyyət

Tikilməmiş mənzillərin təkrar satışına son qoyulur

İyul 13, 2026
Cəmiyyət

Həssas insanlar üçün təhlükəli günlər

İyul 13, 2026
Cəmiyyət

250-yə yaxın yeni ixtisas yaradılıb – Nazirlik

İyul 13, 2026
Cəmiyyət

Balıq və mal-qara yetişdirənlər üçün yeni tələblər

İyul 13, 2026
Cəmiyyət

Azərbaycanda dövlət qurumu ləğv edildi

İyul 13, 2026
Cəmiyyət

İcbari tibbi sığorta fondu qanunda daha dəqiq müəyyənləşdirilməlidir – deputat

İyul 13, 2026

XƏBƏR LENTİ

Tikilməmiş mənzillərin təkrar satışına son qoyulur

13 İyul, 26 / 19:59

Həssas insanlar üçün təhlükəli günlər

13 İyul, 26 / 19:45

250-yə yaxın yeni ixtisas yaradılıb – Nazirlik

13 İyul, 26 / 19:31

Balıq və mal-qara yetişdirənlər üçün yeni tələblər

13 İyul, 26 / 19:19

Azərbaycanda dövlət qurumu ləğv edildi

13 İyul, 26 / 19:09

ABŞ-dən İrəvana XƏBƏRDARLIQ – Sülh sazişi geciksə…

13 İyul, 26 / 18:54

Qurban Qurbanov onunla bağlı QƏRAR VERDİ

13 İyul, 26 / 18:42

İcbari tibbi sığorta fondu qanunda daha dəqiq müəyyənləşdirilməlidir – deputat

13 İyul, 26 / 18:28

Bir mənzilin bir neçə şəxsə satılması artıq mümkün olmayacaq

13 İyul, 26 / 18:15

Sabahın havası: Bakıda 36 dərəcə isti olacaq

13 İyul, 26 / 18:00
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.