• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.7° Weather Columbus
$
1.7
€
1.9387
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bir mənzilin bir neçə şəxsə satılması artıq mümkün olmayacaq

13 İyul, 26 / 18:15
A A

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, daşınmaz əmlak sahəsində hazırlanan yeni qanunvericilik dəyişiklikləri mənzillərin təkrar satışının qarşısını alacaq, dövlət qeydiyyatını sürətləndirəcək və uzun illərdir həllini gözləyən qeydiyyatsız əmlak probleminin aradan qaldırılması üçün hüquqi zəmin yaradacaq.

Cagdas.az xəbər verir ki, Zahid Oruc Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsinin təqdimatı zamanı bildirib ki, dəyişikliklər sovet dövründən qalan və müstəqillik illərində daha da dərinləşən hüquqi, iqtisadi və sosial problemlərin sistemli həllinə xidmət edir.

Komitə sədri qeyd edib ki, layihənin ən mühüm yeniliklərindən biri tikintisi başa çatmamış binalarda tətbiq ediləcək “təminat qeydi” mexanizmidir. Onun sözlərinə görə, mənzil alan şəxs hüququnu binanın istismara verilməsini gözləmədən, müqavilə bağlandığı andan dövlət reyestrində qeydiyyata aldıra biləcək. Hər bir mənzil üzrə yalnız bir təminat qeydi aparılacağından eyni mənzilin bir neçə şəxsə satılması artıq mümkün olmayacaq.

“Son illərdə 20-dən çox tikinti şirkətinin rəhbərinin cinayət məsuliyyətinə cəlb edilməsi və 5 min 250 vətəndaşın zərərçəkmiş kimi tanınması belə dəyişikliklərin zəruriliyini göstərir. Yeni mexanizm vətəndaşların hüquqlarını qorumaqla yanaşı, tikinti sektoruna ictimai etimadı da artıracaq”.

Deputat bildirib ki, qanun layihəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı müddətini də 10 iş günündən 1 iş gününə endirir. Bu, alqı-satqı, ipoteka və investisiya proseslərinin sürətlənməsinə, vətəndaşların isə müxtəlif dövlət qurumlarına təkrar müraciət etmədən daha operativ xidmət almasına imkan verəcək.

“Daşınmaz əmlakın dövlət kadastrı ilə dövlət reyestri arasında inteqrasiyanı gücləndirəcək, müxtəlif informasiya bazalarında saxlanılan məlumatlar vahid sistemdə birləşdiriləcək. Bunun nəticəsində torpaq sahələrinin sərhədləri, hüquqi statusu və texniki göstəriciləri daha dəqiq idarə olunacaq, xüsusilə rayonlarda sərhəd mübahisələri və sənəd problemləri azalacaq”.

Z. Oruc əlavə edib ki, qanun layihəsi uzun illər bələdiyyə qərarları ilə verilmiş, lakin dövlət qeydiyyatına alınmamış ev, mənzil və torpaq sahələrinin hüquqi status qazanmasına da şərait yaradacaq. Onun fikrincə, bu dəyişikliklər ölkədə qeydiyyatsız daşınmaz əmlak probleminin birdəfəlik həlli üçün mühüm hüquqi baza formalaşdıracaq.

“Son 35 ildə Azərbaycanın daşınmaz əmlak bazarı əhəmiyyətli dərəcədə böyüyüb. Mənzil fondu 2003-cü ildəki 125,3 milyon kvadratmetrdən 2024-cü ildə 230,4 milyon kvadratmetrə çatıb, adambaşına düşən yaşayış sahəsi isə 17,6 kvadratmetrdən 22,6 kvadratmetrə yüksəlib. Bu inkişaf yeni və müasir idarəetmə modelinin tətbiqini zəruri edir”.

Zahid Oruc hesab edir ki, qanun layihəsi kağız sənəd dövriyyəsindən rəqəmsal sistemə keçidi sürətləndirəcək, mülkiyyət hüquqlarının müdafiəsini gücləndirəcək və daşınmaz əmlak bazarında daha şəffaf və etibarlı mühit formalaşdıracaq.

Bənzər Xəbərlər

Cəmiyyət

Su içməyi necə vərdişə çevirmək olar? – 5 tövsiyə

İyul 13, 2026
Cəmiyyət

Ağrıkəsicilər insanı ÖLDÜRƏ BİLƏR

İyul 13, 2026
Cəmiyyət

İnsan orqanizmi neçə dərəcə istiyə dözə bilər?

İyul 13, 2026
Cəmiyyət

İş stresindən qurtulmağın sirri: Məzuniyyət ən azı neçə gün çəkməlidir?

İyul 13, 2026
Cəmiyyət

Azərbaycan və Sudan diplomatik pasportlara vizanı ləğv edir

İyul 13, 2026
Cəmiyyət

Sumqayıtda Xəzər dənizi quruyur – (Video)

İyul 13, 2026

XƏBƏR LENTİ

Su içməyi necə vərdişə çevirmək olar? – 5 tövsiyə

13 İyul, 26 / 23:51

Onların rekordunu geridə qoydu

13 İyul, 26 / 23:38

Ağrıkəsicilər insanı ÖLDÜRƏ BİLƏR

13 İyul, 26 / 23:27

İnsan orqanizmi neçə dərəcə istiyə dözə bilər?

13 İyul, 26 / 23:14

Ən kinli 5 bürc: Onlardan bağışlanmaq gözləməyin

13 İyul, 26 / 23:00

İş stresindən qurtulmağın sirri: Məzuniyyət ən azı neçə gün çəkməlidir?

13 İyul, 26 / 22:46

UEFA Avropa Liqası: İslandiyanın “Vestri” klubu “Qarabağ” üçün 100 bilet ayırıb

13 İyul, 26 / 22:32

Alimlər elə bir şey tapdılar ki: Kimin 100 il yaşayacağını təxmin edə bilər

13 İyul, 26 / 22:18

İŞİD-ə ağır zərbə: MİT-in gizli əməliyyatı nəticə verdi

13 İyul, 26 / 22:00

Azərbaycan və Sudan diplomatik pasportlara vizanı ləğv edir

13 İyul, 26 / 21:38
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.