• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
27.1° Weather Columbus
$
1.7
€
1.9387
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

İcbari tibbi sığorta fondu qanunda daha dəqiq müəyyənləşdirilməlidir – deputat

13 İyul, 26 / 18:28
A A

İcbari tibbi sığorta fondunun hüquqi statusunun dəqiqləşdirilməsi və elektron resept sisteminin qanunda daha aydın şəkildə əksini tapması ilə bağlı təkliflər irəli sürüb.

Cagdas.az  xəbər verir ki, bunu deputat Vüqar Bayramov “Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihələrinin müzakirəsi zamanı “İcbari tibbi sığorta fondu” anlayışı ilk dəfə əsas anlayışlara daxil edilir, eyni zamanda fondun sərhədləri və formalaşma mənbələri daha aydın şəkildə müəyyənləşdirilir.

Vüqar Bayramov təklif edib ki, qanunun 1.1.18-ci maddəsi “icbari tibbi sığorta fondu – səhiyyə xidmətlərinə universal çıxışı təmin etmək məqsədi ilə dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondu” redaksiyasında verilsin.

Deputat qeyd edib ki, “səhiyyə xidmətlərinə universal çıxışı təmin etmək məqsədi ilə” ifadəsinin əlavə olunması fondun ünvanlığını və əsas missiyasını daha dəqiq müəyyən etmiş olacaq.

“Son üç ildə fondun büdcə göstəricilərinin təhlili bəzi hallarda vəsaitlərin səhiyyə sisteminə yönəldilməsi əvəzinə qalıq kimi saxlanıldığını göstərir. 2023-cü ildə fondun xərcləri 2 milyard 393 milyon manat, 2024-cü ildə 2 milyard 850 milyon manat, 2025-ci ildə isə 2 milyard 941 milyon manat təsdiqlənib.

Vüqar Bayramov vurğulayıb ki, 2025-ci ildən başlanılan və bu il daha da sürətlənən struktur və kadr islahatları fondun büdcəsinin strukturuna birbaşa təsir göstərib.

“Belə ki, İcbari Tibbi Sığorta Fondunun 2026-cı il büdcəsinin xərcləri 2 milyard 621 milyon manat məbləğində təsdiq edilib. Fondun büdcə gəlirləri 1 milyard 976 milyon manat olsa da, 2026-cı il xərclərinin maliyyələşdirilməsi üçün əvvəlki illərdə istifadə olunmamış vəsaitdən 645 milyon 460 min manat ayrılıb”.

Deputatın sözlərinə görə, həyata keçirilən sistemli islahatlar dövlət büdcəsindən ayrılan vəsaitə qənaət edilməsinə də imkan yaradıb. O bildirib ki, əgər 2025-ci ildə dövlət büdcəsindən fonda 1 milyard 416 milyon manat ayrılması nəzərdə tutulurdusa, bu il dövlət büdcəsi hesabına sığortalanmaya 900 milyon manat yönəldiləcək.

“Əvvəlki illərin qalıq vəsaiti hesabına yalnız dövlət büdcəsindən fonda ayırmalarda 516 milyon manat qənaət etmək mümkün olacaq. Fondun öz gəlirlərində də artım müşahidə olunur. Onun sözlərinə görə, 2025-ci ildə işəgötürənlər və işçilər tərəfindən ödənilən icbari tibbi sığorta haqları 909 milyon manat təsdiq olunmuşdusa, 2026-cı ildə bu göstərici 1 milyard manatdan çox olacaq. O hesab edir ki, bunun nəticəsində dövlət büdcəsindən fonda ayırmalar azalacaq, fondun öz gəlirləri isə artacaq və bu da büdcənin dayanıqlığını daha da gücləndirəcək” – o bildirib.

Vüqar Bayramov bildirib ki, icbari tibbi sığortanın idarə olunması sahəsində aparılan struktur və kadr islahatları vəsaitlərin daha səmərəli istifadəsinə imkan yaradır. Onun sözlərinə görə, bu prosesdə səmərəlilik, şəffaflıq və əlçatanlıq prinsiplərinin tətbiqi daha da gücləndirilir.

Deputat qanun layihəsinin 15-3.5-ci maddəsinə də dəyişiklik təklif edib. O bildirib ki, sığortaolunanlara ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin aptek təşkilatları tərəfindən yalnız qanunun 15-27-ci maddəsində nəzərdə tutulan informasiya sisteminə ötürülmüş elektron resept əsasında verilməsinə icazə verilməsi məqsədəuyğundur.

Vüqar Bayramov qeyd edib ki, qanun layihəsinə əlavə edilən 15-27-ci maddə icbari tibbi sığorta ilə bağlı əməliyyatların elektron qaydada həyata keçirilməsini nəzərdə tutur. Onun fikrincə, bu, elektron resept anlayışının qanunda ayrıca əks olunmasını və müvafiq maddəyə daxil edilməsini zəruri edir.

Bənzər Xəbərlər

Cəmiyyət

Su içməyi necə vərdişə çevirmək olar? – 5 tövsiyə

İyul 13, 2026
Cəmiyyət

Ağrıkəsicilər insanı ÖLDÜRƏ BİLƏR

İyul 13, 2026
Cəmiyyət

İnsan orqanizmi neçə dərəcə istiyə dözə bilər?

İyul 13, 2026
Cəmiyyət

İş stresindən qurtulmağın sirri: Məzuniyyət ən azı neçə gün çəkməlidir?

İyul 13, 2026
Cəmiyyət

Azərbaycan və Sudan diplomatik pasportlara vizanı ləğv edir

İyul 13, 2026
Cəmiyyət

Sumqayıtda Xəzər dənizi quruyur – (Video)

İyul 13, 2026

XƏBƏR LENTİ

Su içməyi necə vərdişə çevirmək olar? – 5 tövsiyə

13 İyul, 26 / 23:51

Onların rekordunu geridə qoydu

13 İyul, 26 / 23:38

Ağrıkəsicilər insanı ÖLDÜRƏ BİLƏR

13 İyul, 26 / 23:27

İnsan orqanizmi neçə dərəcə istiyə dözə bilər?

13 İyul, 26 / 23:14

Ən kinli 5 bürc: Onlardan bağışlanmaq gözləməyin

13 İyul, 26 / 23:00

İş stresindən qurtulmağın sirri: Məzuniyyət ən azı neçə gün çəkməlidir?

13 İyul, 26 / 22:46

UEFA Avropa Liqası: İslandiyanın “Vestri” klubu “Qarabağ” üçün 100 bilet ayırıb

13 İyul, 26 / 22:32

Alimlər elə bir şey tapdılar ki: Kimin 100 il yaşayacağını təxmin edə bilər

13 İyul, 26 / 22:18

İŞİD-ə ağır zərbə: MİT-in gizli əməliyyatı nəticə verdi

13 İyul, 26 / 22:00

Azərbaycan və Sudan diplomatik pasportlara vizanı ləğv edir

13 İyul, 26 / 21:38
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.