“Qarabağ”ın daha bir futbolçusuna təkliflər var.
Cagdas.az bildirir ki, söhbət komandanın müdafiəçisi Mateus Silvadan gedir. İddia edilir ki, braziliyalı oyunçuya ölkəsindən ciddi maraq var
“Qremio” və “Botafoqo”nun Silvanın xidmətində maraqlı olduğu bildirilir.
Ancaq futbolçu Ağdam təmsilçisindən ayrılmayacaq. Baş məşqçi Qurban Qurbanovun komandada qalmasını istədiyi oyunçunun sözləşməsinin sonuna qədər “köhlən atlar”ın formasını geyinəcəyi gözlənilir.
Xatırladaq ki, 28 yaşlı müdafiəçi 2023-cü ildən komandada çıxış edir. Onun klubla müqaviləsi gələn mövsümün sonunda başa çatacaq./İdmanxəbər/

















