Türkiyə Milli Kəşfiyyat Təşkilatından (MİT) İŞİD terror təşkilatına daha bir zərbə! İŞİD-in Türkiyə Vilayət strukturunda fəaliyyət göstərən və sarı bülletenlə axtarışda olan Əbdüssəlam Türki kod adlı Talip Güler tutularaq Türkiyəyə gətirildi.
Çağdaş.Az xəbər verir ki, İŞİD terror təşkilatını mərhələ-mərhələ hədəflənmiş əməliyyatlarla məhv edən Milli Kəşfiyyat İdarəsi (MİT) daha bir dəqiq əməliyyat həyata keçirib.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İŞİD terror təşkilatının strukturunda fəaliyyət göstərən və sarı bülletenlə axtarışda olan Əbdüssəlam Türki kimi tanınan Talip Güleri həbs edərək Türkiyəyə gətirdi.
MİT daha əvvəl İŞİD-in Xorasan əyalətinin media strukturunu hədəf alan əməliyyatda Əbu Ubeyde/Əbu İbrahim kod adlı Əhməd Kazancını ələ keçirmişdi.
Kazancının Türkiyədən Əfqanıstan-Pakistan bölgəsinə keçdiyi, İŞİD-in Xorasan əyalətinin strukturuna qoşulduğu və təşkilatın düşərgələrində fəal iştirak etdiyi müəyyən edilib. Araşdırmalar zamanı Kazancının əvvəllər Pakistanda tutularaq Türkiyəyə gətirilən İŞİD-in Türkiyə media rəhbəri olduğu iddia edilən “Əbu Yasir Əl Türki” kod adlı Özgür Altunla birlikdə fəaliyyət göstərdiyi ortaya çıxıb. Altun İŞİD üzvlərinin Türkiyədən Əfqanıstan-Pakistan bölgəsinə köçürülməsində rol oynayıb.
















