• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.3° Weather Columbus
$
1.7
€
1.9365
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Ev almaq istəyənlər oxusun – Qiymətlər bu tarixədək enməyəcək

14 İyul, 26 / 9:29
A A

Azərbaycanda mənzil bazarında ziddiyyətli vəziyyət yaranıb. Belə ki, satıcılar alıcı tapmaqda çətinlik çəkdiklərini deyir, alıcılar isə qiymətlərin əlçatmaz olduğunu bildirirlər. Qeyd olunur ki, mənzillərin qiymətlərində nəzərəçarpacaq ucuzlaşma müşahidə olunmur.

Bəs bazarda bu vəziyyətin səbəbi nədir? Qiymətlər niyə enmir və yaxın dövrdə dəyişiklik gözlənilirmi?
Cagdas.az  xəbər verir ki ,Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib ki, mənzillərin və ümumilikdə daşınmaz əmlakın qiymətlərinin artması təsadüfi deyil:

“Bu, iqtisadi proseslərin məntiqi nəticəsidir. Hazırda daşınmaz əmlak investisiya cəlbediciliyi baxımından digər istiqamətləri geridə qoyaraq prioritet sahəyə çevrilib. Həm sahibkarlar, həm də vətəndaşlar sərbəst vəsaitlərini əsasən bu sahəyə yönəldirlər. Mənzil bazarında tələb və satış əvvəlki dövrlərlə müqayisədə müəyyən qədər azalsa da, investisiya cəlbediciliyi qiymətlərin ucuzlaşmasına imkan vermir. Bunun əsas səbəblərindən biri tikintinin maya dəyərinin ildən-ilə artmasıdır. Digər amil isə torpaq sahələrinin məhdud olmasıdır. Torpaq qiymətləri yüksəldikcə, həmin ərazilərdə inşa edilən binaların ümumi maya dəyəri də artır. Bundan başqa, tikinti sahəsində normativlərin və tələblərin sərtləşdirilməsi də xərclərin artmasına səbəb olur. Müasir tikinti standartlarının tətbiqi, prosedurlara və təhlükəsizlik qaydalarına nəzarətin gücləndirilməsi nəticədə mənzillərin bazara daha yüksək qiymətlə çıxarılmasına gətirib çıxarır”.

Ekspert bildirib ki, qiymət artımına təsir edən digər amil alternativ investisiya istiqamətlərinin kifayət qədər cəlbedici olmamasıdır:

“Bu səbəbdən daşınmaz əmlak investisiya üçün əsas seçim olaraq qalır ki, bu da qiymətlərin yüksəlməsini şərtləndirir. Eyni zamanda, inflyasiya, manatın alıcılıq qabiliyyəti və ölkədə iqtisadi aktivlik də qiymətlərə təsir göstərən əsas amillərdəndir. Bu baxımdan, yaxın dövrdə də qiymət artımının davam edəcəyi gözlənilir. Qiymətlərə təsir edən mühüm şərtlərdən biri də Bakı şəhərinin 2040-cı il Baş Planına uyğun olaraq qəzalı və istismar müddəti başa çatmış binaların sökülməsidir. Bu proses nəticəsində həmin binaların sakinləri yeni mənzil almaq üçün bazara üz tuturlar. Eyni zamanda, onların yerində inşa olunan yeni binaların maya dəyəri yüksək olduğundan bazara daha bahalı mənzillər təklif edilir. Beləliklə, alqı-satqı əməliyyatlarının sayında müəyyən azalma müşahidə olunsa da, qiymət artımı davam edir. Mövcud proqnozlara əsasən, 2026-cı ilin sonunadək bu tendensiya qorunacaq və 2027-ci ildə də davam edəcək.

Nə qədər ki, alternativ investisiya istiqamətləri formalaşmayıb və vətəndaşlar, eləcə də sahibkarlar sərbəst vəsaitlərini daha çox daşınmaz əmlaka yönəldirlər, bu sahə investisiya baxımından üstün mövqeyini saxlayacaq. Bu meyl xüsusilə pandemiyadan sonra daha da güclənib. Pandemiya dövrü daşınmaz əmlakın etibarlı investisiya vasitəsi olduğunu göstərdi. Qiymət artımı və icarədən gəlir əldə etmək imkanı bu sahəyə marağı daha da artırdı. İnflyasiya və digər iqtisadi amillər nəzərə alındıqda daşınmaz əmlakdakı qiymət artımı real ifadədə o qədər də yüksək deyil. Lakin bazarda qiymətləndirmə nominal rəqəmlərlə aparılır. Məsələn, əgər mənzilin qiyməti dünən 100, bu gün 120 manatdırsa, bu, qiymət artımı deməkdir. Pulun zaman dəyəri və mürəkkəb faiz kimi maliyyə hesablamaları daşınmaz əmlak bazarında qiymətlərin formalaşmasını müəyyən edən əsas meyar hesab olunmur”.

Bənzər Xəbərlər

Cəmiyyət

Bakı-Şamaxı yolunda təhlükəli vəziyyət yarandı: AAYDA-dan açıqlama

İyul 14, 2026
Cəmiyyət

Pensiya alanların nəzərinə

İyul 14, 2026
Cəmiyyət

Şuşadan mühüm çağırış: Sosial media uşaqlar üçün təhlükəyə çevrilir

İyul 14, 2026
Cəmiyyət

İlham Əliyev həmkarını Şuşada qarşıladı – Fotolar

İyul 14, 2026
Cəmiyyət

Brüsselin Ermənistan planı: Azərbaycan üçün risk, yoxsa fürsət?

İyul 14, 2026
Cəmiyyət

Bakının bəzi ərazilərində bu gün elektrik kəsiləcək

İyul 14, 2026

XƏBƏR LENTİ

Bakı-Şamaxı yolunda təhlükəli vəziyyət yarandı: AAYDA-dan açıqlama

14 İyul, 26 / 11:58

Pensiya alanların nəzərinə

14 İyul, 26 / 11:46

Şuşadan mühüm çağırış: Sosial media uşaqlar üçün təhlükəyə çevrilir

14 İyul, 26 / 11:32

İlham Əliyev həmkarını Şuşada qarşıladı – Fotolar

14 İyul, 26 / 11:18

Brüsselin Ermənistan planı: Azərbaycan üçün risk, yoxsa fürsət?

14 İyul, 26 / 11:04

Bakının bəzi ərazilərində bu gün elektrik kəsiləcək

14 İyul, 26 / 10:51

IV Şuşa Qlobal Media Forumu davam edir

14 İyul, 26 / 10:38

Bu gecə nəhənglər savaşacaq: Fransa İspaniyaya qarşı

14 İyul, 26 / 10:25

Bu şəhərdə 51 dərəcə isti var

14 İyul, 26 / 10:11

“Brent” nefti bir ay sonra yenidən 85 dolları keçdi

14 İyul, 26 / 9:57
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.