• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.2° Weather Columbus
$
1.7
€
1.9365
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Şirkətlərdə direktorlar şurasının hüquqları genişləndirilir

14 İyul, 26 / 13:48
A A

Şirkətlərə təsisçilərin iclasını keçirmədən yeni səhmlər buraxmaq hüququ veriləcək.

Cagdas.az xəbər verir ki, məsələ Milli Məclisin  bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Belə ki, layihəyə əsasən, təsərrüfat cəmiyyətlərinin nizamnaməsi ilə direktorlar şurasına (müşahidə şurasına) təsisçilərin (iştirakçıların) ümumi yığıncağını çağırmadan yeni payların ayrılması və ya səhmlərin buraxılması barədə qərar qəbul etmək səlahiyyəti verilə biləcək.

Dəyişiklik nizamnamədə əvvəlcədən müəyyən edilmiş yuxarı hədd çərçivəsində tətbiq olunacaq. Bu halda buraxılacaq pay və ya səhmlərin hüquqları, imtiyazları, məhdudiyyətləri və digər emissiya şərtləri direktorlar şurasının qərarı ilə müəyyən ediləcək, bununla bağlı nizamnaməyə edilən dəyişikliklər isə qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınacaq.

Qüvvədə olan qanunvericiliyə əsasən, yeni payların ayrılması və ya səhmlərin buraxılması ilə bağlı qərarlar, bir qayda olaraq, təsisçilərin və ya səhmdarların ümumi yığıncağında qəbul edilir. Təklif olunan dəyişiklik isə bu səlahiyyətin müəyyən hallarda direktorlar şurasına verilməsini nəzərdə tutur.

Qanun layihəsinin müəllifləri hesab edirlər ki, bu mexanizm şirkətlərin investisiya cəlb etməsini sürətləndirəcək, yeni maliyyələşmə mərhələlərində qərarların daha operativ qəbuluna imkan yaradacaq və xüsusilə innovativ şirkətlər, startaplar və sürətlə inkişaf edən biznes subyektləri üçün çevik korporativ idarəetmə mühiti formalaşdıracaq. Eyni zamanda, bu yanaşmanın investorlarla danışıqların daha qısa müddətdə yekunlaşmasına və kapitalın operativ şəkildə artırılmasına şərait yaradacağı gözlənilir.

Məsələ səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycan beynəlxalq yükdaşımalardan 7 milyard manat qazanacaq

İyul 14, 2026
Cəmiyyət

Azərbaycanda “Balıqçılıq haqqında” yeni qanun layihəsi qəbul edildi

İyul 14, 2026
Cəmiyyət

Toxumçuluqda yeni rüsumlar müəyyənləşir

İyul 14, 2026
Cəmiyyət

Azərbaycanda elit toxum istehsalı özəl sektora yol açır

İyul 14, 2026
Cəmiyyət

Təsisçi və kiçik səhmdarlarla bağlı mühüm dəyişiklik

İyul 14, 2026
Cəmiyyət

Rəqəmsal xidmətlər üzrə xaricə ödənişlər sadələşdirilir

İyul 14, 2026

XƏBƏR LENTİ

Azərbaycan beynəlxalq yükdaşımalardan 7 milyard manat qazanacaq

14 İyul, 26 / 15:36

Azərbaycanda “Balıqçılıq haqqında” yeni qanun layihəsi qəbul edildi

14 İyul, 26 / 15:23

Toxumçuluqda yeni rüsumlar müəyyənləşir

14 İyul, 26 / 15:09

Azərbaycanda elit toxum istehsalı özəl sektora yol açır

14 İyul, 26 / 14:55

Təsisçi və kiçik səhmdarlarla bağlı mühüm dəyişiklik

14 İyul, 26 / 14:41

Rəqəmsal xidmətlər üzrə xaricə ödənişlər sadələşdirilir

14 İyul, 26 / 14:28

Kraudfandinq operatorunun fəaliyyətinin hüquqi əsasları müəyyən edilir

14 İyul, 26 / 14:14

Azərbaycanda bu fəaliyyətlə bağlı yeni cərimələr müəyyən edilir

14 İyul, 26 / 14:00

Şirkətlərdə direktorlar şurasının hüquqları genişləndirilir

14 İyul, 26 / 13:48

Azərbaycanda yeni Şura yaradılır

14 İyul, 26 / 13:34
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.