• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.9° Weather Columbus
$
1.7
€
1.9365
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Kraudfandinq operatorunun fəaliyyətinin hüquqi əsasları müəyyən edilir

14 İyul, 26 / 14:14
A A

Kraudfandinq operatorunun yaradılması və fəaliyyətinin təşkilinin hüquqi əsasları müəyyən edilir.

Cagdas.az  xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kraudfandinq haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, öperator məhdud məsuliyyətli cəmiyyət və səhmdar cəmiyyəti formasında yaradılır.
“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsində göstərilən siyahıya daxil olan dövlətlərin (ərazilərin) vətəndaşları və ya həmin dövlətlərdə (ərazilərdə) qeydiyyata alınmış hüquqi şəxslər, habelə “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsində göstərilən fiziki şəxslər və qurumlar, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən ofşor zonalarda qeydiyyata alınmış və ya təsisçiləri, mühüm iştirak payının sahibləri və benefisiar mülkiyyətçiləri belə zonalarda qeydiyyata alınmış şəxslər operatorun təsisçisi (iştirakçısı), mühüm iştirak payının sahibi və benefisiar mülkiyyətçisi ola bilməz.

Operatorun fəaliyyətinin müstəsna predmeti səhm və borc əsaslı kraudfandinqin həyata keçirildiyi platformanın idarə edilməsidir.

Operator Mərkəzi Bank tərəfindən aparılan Kraudfandinq platformalarını idarə edən operatorların reyestrinə (bundan sonra – reyestr) daxil edildikdən sonra platformanın idarə edilməsi üzrə fəaliyyəti həyata keçirə bilər.
Operatorun nizamnamə kapitalı və məcmu kapitalı Mərkəzi Bankın müəyyən etdiyi minimum miqdardan az olmamalıdır. Nizamnamə kapitalının formalaşdırılması və məcmu kapitalın hesablanması qaydası, habelə strukturu və tərkibi Mərkəzi Bank tərəfindən müəyyən edilir.

Operatorun adında “kraudfandinq platformasının operatoru” sözləri olmalıdır.

Operatorun adında “dövlət”, “milli”, “mərkəzi”, “hökumət”, “zəmanətli” və ya “sığortalı” sözlərindən istifadə edilməsinə yol verilmir. Operatorun adı cəlb edilən pul vəsaitlərinin təminatlı olması, habelə investorların məruz qala biləcəyi risklər haqqında yanlış təəssürat yarada biləcək digər sözləri özündə əks etdirməməlidir.
Operator fəaliyyətinin effektiv idarə olunmasına, o cümlədən vəzifə bölgüsünə, fəaliyyətinin davamlılığına, habelə maraqlar münaqişəsinin qarşısının alınmasına dair daxili siyasət və prosedurları qəbul etməli və onların həyata keçirilməsi üzrə daxili nəzarət mexanizmlərinə malik olmalıdır.

Operatorun əməliyyat funksiyaları başqa şəxslər tərəfindən həyata keçirilə bilər, bu şərtlə ki, onların fəaliyyəti operatorun daxili nəzarətinin keyfiyyətinə və operatorun bu Qanunla müəyyən edilmiş tələblərə əməl etməsinə Mərkəzi Bankın nəzarət etmək imkanlarına xələl gətirməsin. Operatorun əməliyyat funksiyalarının başqa şəxslər tərəfindən həyata keçirilməsindən asılı olmayaraq həmin funksiyaların həyata keçirilməsinə görə tam məsuliyyəti operator daşıyır.

Operatorun idarəetmə funksiyalarının yerinə yetirilməsi səlahiyyəti kənar idarəçiyə verilə bilməz.

Məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Bənzər Xəbərlər

Cəmiyyət

Bölünə bilməyən kənd təsərrüfatı torpaqları satılacaq

İyul 14, 2026
Cəmiyyət

Azərbaycan beynəlxalq yükdaşımalardan 7 milyard manat qazanacaq

İyul 14, 2026
Cəmiyyət

Azərbaycanda “Balıqçılıq haqqında” yeni qanun layihəsi qəbul edildi

İyul 14, 2026
Cəmiyyət

Toxumçuluqda yeni rüsumlar müəyyənləşir

İyul 14, 2026
Cəmiyyət

Azərbaycanda elit toxum istehsalı özəl sektora yol açır

İyul 14, 2026
Cəmiyyət

Təsisçi və kiçik səhmdarlarla bağlı mühüm dəyişiklik

İyul 14, 2026

XƏBƏR LENTİ

Bölünə bilməyən kənd təsərrüfatı torpaqları satılacaq

14 İyul, 26 / 15:50

Azərbaycan beynəlxalq yükdaşımalardan 7 milyard manat qazanacaq

14 İyul, 26 / 15:36

Azərbaycanda “Balıqçılıq haqqında” yeni qanun layihəsi qəbul edildi

14 İyul, 26 / 15:23

Toxumçuluqda yeni rüsumlar müəyyənləşir

14 İyul, 26 / 15:09

Azərbaycanda elit toxum istehsalı özəl sektora yol açır

14 İyul, 26 / 14:55

Təsisçi və kiçik səhmdarlarla bağlı mühüm dəyişiklik

14 İyul, 26 / 14:41

Rəqəmsal xidmətlər üzrə xaricə ödənişlər sadələşdirilir

14 İyul, 26 / 14:28

Kraudfandinq operatorunun fəaliyyətinin hüquqi əsasları müəyyən edilir

14 İyul, 26 / 14:14

Azərbaycanda bu fəaliyyətlə bağlı yeni cərimələr müəyyən edilir

14 İyul, 26 / 14:00

Şirkətlərdə direktorlar şurasının hüquqları genişləndirilir

14 İyul, 26 / 13:48
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.